iPhone 6S modellərinin satış qiymətləri açıqlandı

19-09-2015 / 13:02

Apple-ın yeni təqdim etdiyi iPhone 6S iPhone 6S Plus-un ölkələrə görə qiymətləri internetdə yayımlanıb.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumat görə, iPhone 6S modellərinin ilk satışa çıxarılacağı ölkələr və qiymətləri təqdim olunub.

Məlumatlara görə, ən ucuz iPhone 6S və iPhone 6S Plus Amerikada 421 £ (686 AZN) və 486 £ (792 AZN) məbləğdə, ən bahalı olduğu ölkə isə Fransada 545 £ (888 AZN)  və 625 £ (1019 AZN) məbləğində olacaq. Hesablamalara görə, Fransada İphone 6S və 6S Plus Amerika qiymətlərindən 29 faiz daha yüksək qiymətə satılacaq.

Qeyd edək ki, iPhone 6S və iPhone 6S Plus sentyabrın 25-dən etibarən satışa çıxarılacaq.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.