Yeni peyk Google-a müfəssəl şəkillər verəcək

09-09-2008 / 15:33
Yaxınlarda Google Maps və Google Earth servislərinin şəkillərinin keyfiyyəti yüksələcək.  Reuters-in məlumatına görə, GeoEye şirkətinin buraxdığı peyk Google-a daha dəqiq şəkillər verəcək.
Peyk orbitə qalxarkən hər iki şirkətin loqotipləri onun üzərində yerləşdirilib. 30-45 gündən sonra kameralar peykdə qurulan zaman axtarış sistemi bir pikseldə 1,65 metr rəngli şəkilləri və 0,41 metr ağ-qara şəkilləri alacaq. ABŞ hökumətinin məhdudiyyətlərinə görə, şəbəkədə yalnız pikseldə 0,5 metrdən az olmayan şəkillər nümayiş olunacaq. 
Peykə 502 mln. dollar xərclənib ki, buraya GeoEye ilə yanaşı, ABŞ-ın peyk kəşfiyyatı Milli agentliyi də pul qoyub.
GeoEye digər peyklərindən Microsoft və Yahoo-ya da məlumatlar göndərib, lakin GeoEye-1 peykindən yalnız Google istifadə edəcək.
GeoEye-dan şəkillərin alınmasından sonra Google şirkətinə 3-4 ay vaxt lazım olacaq ki, şəkilləri servisə yerləşdirsin. Ona görə də istifadəçilərin daha müfəssəl şəkillərə baxmaq imkanı yalnız ilin axırı nəsib olacaq. Bununla belə, digər şirkətlərin Google şirkətini keçmək imkanı da var. Onlar  2007-ci ildə buraxılmış Digital Globe şirkətinin WorldView-1 peykindən şəkillər ala bilərlər. Bu şəkillərin dəqiqliyi ağ-qara rejimdə olub, pikseldə 0,5 metr təşkil edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə