Google skanerləşdirilmiş kağız sənədləri də tanımağa başlayıb
Google öz axtarış sisteminin imkanlarını genişləndirmək istəyir. Bu yaxınlarda şirkət skanerləşdirilmiş kağız sənədləri tanımağa və indeksləşdirməyə başlayıb.
Google-un bloqunda deyilir ki, skanerləşdirilmiş sənədlərlə iş zamanı xüsusi optik tanıma texnologiyası tətbiq edilir. Indi sistem yalnız Portable Document Format (PDF) faylları tanıyır. Alınmış məlumatlar Google indeksinə əlavə edilir ki, bu da əvvəl kağız şəklində olan sənədlər üzərində axtarışı yerinə yetirir. Çox ehtimal ki, gələcəkdə digər formatlarda olan fayllarla da işləmək mümkün olacaq.
Bu arada Wall Street Journal yazır ki, Google axtarış sistemi Yahoo ilə reklam sazişindən imtina edə bilər. Müqavilənin şərtlərinə görə, Google-un reklamları Yahoo-nun ABŞ və Kanada ərazisində yaşayan istifadəçilərinə də nümayiş olunmalı idi. Lakin iyunun ortasında bağlanmış müqavilə indiyədək ABŞ Ədliyyə Nazirliyinə təqdim olunmayıb. Wall Street Journal xəbər verir ki, Google və Yahoo buna görə, birgə əməkdaşlıqdan imtina edə bilərlər.