Google onlayn qəzet arxivi hazırlayır
Computerworld-un məlumatına görə, Google korporasiyası milyonlarla şifrələnmiş qəzet məqalələrinin yerləşəcəyi onlayn xəbər arxivinin açılışı haqda elan verdi. Şirkət Pittsburgh Post-Gazette və Quebec Chronicle Telegraph kimi nəşriyyatlarla əməkdaşlıq edəcəyini söylədi. Google-un xəbər arxivi istifadəçilərə köhnə qəzet məqalələrinə onların ilkin görünüşünə bütün şəkilləri və reklam elanları ilə birlikdə baxmaq imkanı yaradacaq.
Google layihədə iştirak edəcək bütün nəşriyyatların tam siyahısını hələ açıqlamayıb. Qeyd edildiyi kimi, layihə müxtəlif qəzetlərin – yerli, həftəlikdən tutmuş milli gündəlik qəzetlərin milyardlarla səhifələrini əhatə edir.
Nümunə kimi Google Pittsburgh Post-Gazette qəzetinin 21 iyul 1969-cu il nömrəsini təqdim etdi.
Şirkət New York Times və Washington Post qəzetləri ilə Google News Archive vasitəsilə əməkdaşlığı davam etdirəcək. Bu zaman arxivə çıxış pulsuz olacaq.
Onlayn arxiv artdıqca, onun mündəricatı Google sisteminin axtarış sisteminə də daxil olacaq.