Previous Next
Bağla

Yeni telefon çəkdirmək üçün 13 mindən çox müraciət olub

03-08-2017 11:47
 Yeni telefon çəkdirmək üçün 13 mindən çox müraciət olub

“Elektron hökumət” portalına telefon çəkilişi, telefonun təhvil verilməsi və addan-ada keçirilməsi ilə bağlı müraciətlərin sayı  açıqlanıb.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərdən yararlanmaqla məsafə qət etmədən evinizə, yaxud ofisinizə yeni telefon xətti çəkdirə bilərsiniz.

Sözügedən xidmət hazırda Bakı şəhəri (Bakı Telefon Rabitəsi MMC-nin əhatə dairəsi) üçün aktivdir. Vətəndaşlar “Elektron hökumət” portalında onlayn müraciət formasını doldurmaq və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni seçə bilər. Sifariş qəbul olunduqdan sonra 3 gün ərzində mənzilə telefon çəkilir.

Məlumata görə, indiyədək “Elektron hökumət” portalı üzərindən “Yeni telefon çəkilişi” xidmətinə 13.637 dəfə müraciət olunub.

Xidmətdən istifadə etmək üçün aşağıdakı 4 sənəddən birinin olması vacibdir.

Evin qeydiyyat şəhadətnaməsi (kupça)

Sərəncam

Order

Müqavilə

Eyni zamanda, “Telefonun addan-ada keçirilməsi”ni də elektron qaydada həyata keçirmək mümkündür. Qeyd edək ki, hər iki xidmətdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək lazımdır. Bu günə qədər həmin xidmətə olan müraciətlərin sayı 8.765-ə çatıb.

Xidmətdən istifadə etmək üçün ailə üzvlərinin aşağıdakı 4 sənəddən birinin olması mütləqdir.

Doğum haqqında şəhadətnamə

Ölüm haqqında şəhadətnamə

Nikah haqqında şəhadətnamə

Yaşayış yeri haqqında arayış

Yeni istifadəçi üçün isə “Mülkiyyət hüququnu təsdiq edən sənəd” tələb olunur.

Bunun üçün sistemə daxil olub telefonun ailə üzvlərindən birinin, yaxud yeni istifadəçinin adına keçirəcəyinizi qeyd edin. Addan-ada keçirəcəyiniz telefonun nömrəsi və əlaqə nömrənizi daxil edib, yuxarıda göstərilən 4 sənəddən birini skan edərək yükləyin və “Növbəti” düyməsini seçin.

Qeyd edək ki, istər “Yeni telefon çəkilişi”, istərsə də “Telefonun addan-ada keçirilməsi” xidmətindən istifadə edərkən qoşula biləcəyiniz servislər və onların abunə haqqı barədə məlumat ekranda əks olunur. İstənilən servisi seçib və ya deaktiv edib, həmçinin şəhərlərarası və beynalxalq çıxış kodlarını açıq, yaxud bağlı olmasını qeyd edib aktivləşdirə bilərsiniz.

Bundan başqa, NRYTN-nin “Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərindən istifadə etməklə “Telefonun təhvil verilməsi” (müraciət sayı 1944), “Telefonun servislərə qoşulması” (müraciət sayı 12.129), “Telefon üzrə ətraflı məlumat” (müraciət sayı 16.439), “Telefon nömrəsi üzrə axtariş” (müraciət sayı 2.720.797) və s. kimi xidmətlərdən yararlana bilərsiniz.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Telefonun addan ada keçirilməsi ” elektron xidmətindən istifadə artıb

12-06-2015

7 mindən çox telefon çəkilişi xidməti sifariş verilib

08-12-2015

Daha bir arayış elektron formada veriləcək

28-08-2015

Telefon nömrəsi üzrə axtarış edənlərin sayı açıqlanıb

14-09-2015

Şəhər telefon nömrəsini telefon qovşağına getmədən necə dəyişmək olar?

06-01-2016

Nazirliyin telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı artıb

13-10-2015

Nazirliyin elektron xidmətlərindən 185 mindən çox istifadə olunub

10-07-2015

Gömrük rəsmiləşdirilməsi e-hökumət portalında mümkündür

15-10-2015

“Telefonun servislərə qoşulması” e-xidmətindən istifadə edənlərin sayı açıqlandı

11-08-2015

Nazirliyin telefon nömrəsi üzrə axtarış sistemi istifadə sayına görə 3-cü olub

14-11-2015

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

Azərsu-ya şikayəti elektron formada göndərə bilərsiniz

10-08-2017

IMEI kodunun yoxlanılması ən populyar xidmət olub

04-08-2015

71 mindən çox istifadəçi telefon nömrəsi üzrə axtarış edib

11-04-2015

“E-gov identity” xidməti artıq vətəndaşların istifadəsində

03-11-2015

Rayonda yaşayanlar Bakıdakı yaxınları ilə limitsiz danışa bilər

18-02-2016

Portal üzərindən simsiz şəbəkəyə 1231 nəfər qoşulub

13-12-2015

AzDataCom-dan ödənişsiz internet -Kampaniya

27-02-2016

Nömrəni başqa şəxsin adına necə keçirək?

28-09-2017

Portalda e-arayışların sayı 18-ə çatdı

09-10-2017

Yeni elektron xidmət yaradılıb

24-12-2014

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

Nazirliyə müraciət edənlərin sayı artıb

24-10-2015

Portala ən çox hansı sahələr üzrə müraciət edilib?

08-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə