Previous Next
Bağla

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016 10:57
İş yeri üçün elektron arayış alanların sayı artıb

Cari ilin 9 ayında “Elektron Hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti əhalinin ən çox istifadə etdiyi elektron xidmətlərdən biridir.

Ölkəmizin elektron arayış sistemində mühüm yer tutan bu e-xidmətdən ötən ay 19 922 dəfə istifadə qeydə alınıb. Cari ilin yanvar-sentyabr aylarında isə “İş yerinə dair arayış” e-xidmətinə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çox, yəni 156 368 dəfə müraciət edilib.

Nazilikdən Xeberler.az-a verilən məlumata görə, vətəndaşlar “İş yerinə dair arayış” e-xidməti vasitəsilə ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün qısa müddətdə iş yeri haqqında e-arayış əldə edə bilir. Artıq bu məqsədlə işəgötürənə müraciət olunmasına, bundan ötrü vaxt və əziyyət sərf edilməsinə ehtiyac qalmır. Əgər şəxs aktiv əmək müqaviləsi əsasında iki və daha artıq iş yerində əmək fəaliyyəti ilə məşğul olursa, öz seçiminə uyğun olaraq bu və ya digər iş yerinə dair e-arayışı əldə etmək imkanına malikdir.

Bu e-arayışda işəgötürən və işçi barədə məlumatlar, onlar arasında əmək müqaviləsinin bağlandığı tarix, müqavilənin müddətli, yaxud müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər aidiyyəti  məlumatlar qeyd olunur. "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidməti e-arayışın təqdim edildiyi qurumlara həmin sənəddəki məlumatların düzgünlüyünü yoxlamaq imkanı verir. Qeyd olunanların nəticəsidir ki, hazırda vətəndaşlardan arayışların məhz elektron formada qəbul edilməsinə üstünlük verilir.

2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidmətindən cari il oktyabrın 1-dək 381 554 dəfə istifadə edilib.

Ümumilikdə cari ilin 9 ayında əhali nazirliyin e- xidmətlərindən 4 491 884 dəfə  faydalanıb. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin "Elektron hökumət" portalında təqdim olunan elektron xidmətlərdən istifadə  üzrə növbəti statistik məlumatına əsasən, 2016-cı ilin yanvarın 1-dən oktyabrın 1-dək portalda e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.

Həmçinin müşahidələrə əsasən, sosial yönümlü elektron xidmətlərə marağın daha çox olduğu, üç rüb ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" xidmətindən 1 milyon 408 min 190  dəfə istifadə edildiyi diqqətə çatdırılır. Qeyd olunur ki, bu müddət ərzində qurumun ikinci ən çox istifadə olunan elektron xidməti "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir. Cari il fevral ayının 22-də elektronlaşdırılaraq portala inteqrasiya edilən bu xidmətdən 1 milyon 203 min 524 dəfə istifadə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 29 elektron xidmət əhalinin istifadəsindədir. Ötən ay vətəndaşlar nazirliyin e-xidmətlərindən 430 845 dəfə faydalanıblar ki, bu da "Elektron hökumət" portalına müraciətlərin 37 faizini təşkil edib.

 

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə edilib

18-02-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı artıb

12-12-2016

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

08-08-2016

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

09-06-2016

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı artıb

11-11-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlər 17,4 faiz artıb

06-09-2016

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015

İş yerinə dair arayış e-xidmətindən istifadə sayı açıqlandı

09-08-2017

Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

26-01-2017

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

06-05-2017

İş yerinə dair 670 min e- arayış alınıb

26-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə