Previous Next
Bağla

Rayonda yaşayanlar Bakıdakı yaxınları ilə limitsiz danışa bilər

18-02-2016 16:44
Rayonda yaşayanlar Bakıdakı yaxınları ilə limitsiz danışa bilər

Artıq ölkəmizin rayon və kəndlərində yaşayanlar Bakıdakı qohum-əqrəbaları ilə uzun-uzadı hər hansı bir limit olmadan telefonla danışa bilər.

Xeberler.az-ın məlumatına görə,  bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən təqdim edilən yeni xidmətlərdən biridir.

Xidmətin yaradılmasında məqsəd respublikanın bütün bölgələrində yaşayan hər bir vətəndaşın rahatlığını təmin etməkdir.

Nazirlikdən bildrilib ki,  “585 - Daşınan şəhər telefon nömrəsi” xidməti bir çox üstünlüklərə malikdir. Belə ki, “585 - Daşınan şəhər telefon xidməti” çərçivəsində Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefon nömrələri artıq bölgələrdə də “585” indeksi ilə eyni statusla işləyir. Yəni 585 prefiksli nömrəsi olan rayon abunəçiləri (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə limitsiz danışıqlar apara bilər.

Belə nömrələrdən istifadə edən abunəçilər adi qaydada internet şəbəkəsinə də qoşularaq internet və televiziya (İPTV və ya WebTV) xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, 585 prefiksli bütün nömrələrdən mobil şəbəkələr və beynəlxalq istiqamətlər üzrə xidmətlər isə ödənişlidir.

Bu telefon nömrələrini əldə etmək üçün əvvəlcə “585” prefiksli telefon çəkilişi həyata keçirmək lazımdır. Xidmətdən istifadə etmək istəyənlər bunun üçün yaşayış yeri və qeydiyyatda olduğu ərazinin Telekommunikasiya Qovşağına müraciət etməlidirlər. Telefonun çəkiliş haqqı 30 manatdır. Ayda 15 manat abunə haqqı ödəməklə, bu telefonların limitsiz danışıq xidmətindən istifadə etmək mümkündür.

Bildirilib ki, Tarif Şurasının mövcud qərarına görə, hazırda digər indekslə başlayan şəhər nömrələri üzrə telefondan istifadəyə görə aylıq tarif 2.5 manat, bir dəqiqəlik şəhərlərarası danışıq tarifi isə 0.05 manat təşkil edir.

Aztelekom MMC-nin şəbəkəsində 2015-ci ilin mart ayından istifadəyə verilən “585” prefiksi telefon rabitə xidmətindən hazırda 42 rayon Telekommunikasiya Qovşağının xidməti ərazisində istifadə edilir. Digər rayonların Telekommunikasiya Qovşağının Mərkəzi stansiyalarında “585” prefiksinin tanıtdırılması ilə bağlı iş aparılır. Hazırda xidmətdən 1030 abunəçi yararlanır.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Daşınan şəhər telefon xidməti istifadəyə verildi

Daşınan şəhər telefon xidməti istifadəyə verildi

02-03-2015
“Daşınan şəhər telefon xidməti” ilə 856 telefon çəkilib

“Daşınan şəhər telefon xidməti” ilə 856 telefon çəkilib

20-08-2015
Aztelekom “Daşınan şəhər telefon xidmətini” rayonlara daşıyır

Aztelekom “Daşınan şəhər telefon xidmətini” rayonlara daşıyır

24-07-2015
Ev telefonu çəkdirmək 30 manata başa gələcək

Ev telefonu çəkdirmək 30 manata başa gələcək

06-08-2025
Bütün abunəçilər üçün Aztelphone xidməti istifadəyə verildi

Bütün abunəçilər üçün Aztelphone xidməti istifadəyə verildi

28-08-2015
 Ev telefonları dünyanın hər yerinə daşınacaq-Yenilik

Ev telefonları dünyanın hər yerinə daşınacaq-Yenilik

11-09-2015
Monitorinq Sistemi  və  “585” - daşınan şəhər telefon xidmətinin təqdimatı keçirilib

Monitorinq Sistemi və “585” - daşınan şəhər telefon xidmətinin təqdimatı keçirilib

13-03-2015
Ev (stasionar) telefonların aylıq abunə haqqı 25% qaldırılıb

Ev (stasionar) telefonların aylıq abunə haqqı 25% qaldırılıb

09-01-2014
Bakı rabitə operatoru telefon danışıqları üçün vaxt hesabı ilə ödəmə sisteminin tətbiqinə hazırdır

Bakı rabitə operatoru telefon danışıqları üçün vaxt hesabı ilə ödəmə sisteminin tətbiqinə hazırdır

26-01-2011
Göygölün kəndlərinə sürətli internet çəkilişi davam edir

Göygölün kəndlərinə sürətli internet çəkilişi davam edir

17-09-2015
Portal üzərindən simsiz şəbəkəyə 1231 nəfər qoşulub

Portal üzərindən simsiz şəbəkəyə 1231 nəfər qoşulub

13-12-2015
Sabit şəbəkə telefonlarından istifadəyə görə tariflər yenilənib

Sabit şəbəkə telefonlarından istifadəyə görə tariflər yenilənib

26-10-2022
Göygöl Milli Parkında rabitə xidmətləri necə təşkil olunub?

Göygöl Milli Parkında rabitə xidmətləri necə təşkil olunub?

25-08-2015
Şəhər telefon nömrəsini telefon qovşağına getmədən necə dəyişmək olar?

Şəhər telefon nömrəsini telefon qovşağına getmədən necə dəyişmək olar?

06-01-2016
Naxçıvanda 10 mindən çox yeni telefon nömrəsi istifadəyə verilib

Naxçıvanda 10 mindən çox yeni telefon nömrəsi istifadəyə verilib

14-02-2017
Azərbaycanda yeni telefon nömrələri tətbiq edilib

Azərbaycanda yeni telefon nömrələri tətbiq edilib

31-03-2015
İstehlakçılar və sahibkarlıq subyektləri sabit telefon xidmətinə qoşulmaq üçün nə etməlidir?

İstehlakçılar və sahibkarlıq subyektləri sabit telefon xidmətinə qoşulmaq üçün nə etməlidir?

04-10-2023
TAC ödəmə kartlarının onlayn satışı müzakirə edilib

TAC ödəmə kartlarının onlayn satışı müzakirə edilib

14-12-2015
Naxçıvanda işləyən CDMA telefon abunəçiləri üçün yeni xidmət istifadəyə verilib

Naxçıvanda işləyən CDMA telefon abunəçiləri üçün yeni xidmət istifadəyə verilib

07-01-2015
“Aztelphone xidmətindən xarici ölkələrdə istifadə  ödənişsizdir”

“Aztelphone xidmətindən xarici ölkələrdə istifadə ödənişsizdir”

21-09-2015
Telefon nömrəsi üzrə axtarış edənlərin sayı açıqlanıb

Telefon nömrəsi üzrə axtarış edənlərin sayı açıqlanıb

14-09-2015
Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət əlavə edildi

Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət əlavə edildi

31-08-2022
Azercell bölgə sakinlərinə yeni kampaniya təklif edir

Azercell bölgə sakinlərinə yeni kampaniya təklif edir

15-08-2018
Azərbaycanın rayon mərkəzi ATS-lərinin elektronlaşdırılması yaxın bir ildə başa çatacaq

Azərbaycanın rayon mərkəzi ATS-lərinin elektronlaşdırılması yaxın bir ildə başa çatacaq

20-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə