Previous Next
Bağla

Yol nişanlarının elektron xəritəsi hazırlanır

27-09-2016 17:45
Yol nişanlarının elektron xəritəsi hazırlanır

Ölkəmizin ən qabaqcıl naviqasiya şirkəti olan Caspian NavTel şirkətinin baş direktoru Rizvan Cəfərov Avtosfer.az-a müsahibə verib.

Xeberler.az  müsahibəni təqdim edir:

- Caspian NavTel fəaliyyət göstərdiyi 10 il ərzində nəyə nail olub?

- Caspian NavTel şirkəti Azərbaycanda elektron xəritəni naviqasiya bazarına təqdim edən ilk yerli şirkət olub. Bu, elə də asan başa gəlmədi. İki il əzmkarlıqla şəhərlərimizi, kənd və qəsəbələrimizi qarış-qarış gəzərək müvafiq məlumatları topladıq. Məlumatlarımızı sistemləşdirdik və gələcək istifadəçilərimiz üçün proqram halına saldıq. Hazırda məhsulumuzun onminlərlə istifadəçisi var və hər gün ən azı 3 nəfər bu sistemə qoşulur. Bu illər ərzində istifadəçilərimizdən tənqid, təklif və təşəkkür almışıq. Hamının fikrinə hörmətlə yanaşmışıq və bunun sayəsində rəğbət qazanmışıq. İstifadəçilərimizin rahatlığı və əminliyi bizi daha da əzmkar olmağa və işimizə daha ciddi yanaşmağa sövq edir. Qonşu Gürcüstandanda eyni işlərin görülməsinə təklif almışdıq və bu layihəni də 2013-2014 illərdə peşəkarcasına yerinə yetirdik. Artıq 2009-2010 illərdə elektron xəritəmizi nəqliyyat vasitələrinin monitorinqi sistemində tətbiq etdik. Uğurlu işlər sayəsində bir çox şirkətə və sahibkarlara bu xidmətimizlə faydalı olduq. Belə ki, avtoparklar sürücülərinə nəzarəti artırmaqla büdcələrinə qanaət edirlər. Nazarətin operativ, analitik aparılmasını da biz öz üzərimizə götürmüşük. Biz nəqliyyat vasitələrinin həm respublikadaxili, həm də xarici monitorinqini təklif edirik. Bu da yükdaşıma işlərinin hissediləcək dərəcədə asanlaşdırılmasına xidmət edir. Bu sahə üzrə yaxın gələcəkdə daha sərfəli, yeni təkliflər paketimizi təqdim edəcəyik.

Yeni əsrdə elektron innovasiyaları elektron xəritəsiz təsəvvür etmək mümkün deyil. Son zamanlar bizə müraciət edən və xəritəmizi öz xidmət sahələrində tətbiq etmək istəyənlərin sayı günü-gündən artır. Biz isə öz növbəsində onlara yardım etməyə çalışırıq.

- Sizdə olan Azərbaycanın xəritəsi ən dəqiq xəritə hesab olunur. Buna nə qədər vaxt sərf etmisiniz?

- Öncə qeyd etdiyim kimi, ilkin olaraq, 2 il ərzində xəritəmiz üçün lazımı məlumatlar toplanıldı, yəni yollar, onların adları, binalar , onların ünvanları, obyektlər (ticarət, iaşə, dövlət və s.). Bu məlumatlar həm Bakı və onun ətrafını, həm də bölgələri əhatə edirdi. Sonrakı illər ərzində, bu gün də daxil olmaqla, məlumatlar dəqiqləşdirilir, yoxlanılır və lazımi təqdirdə yenisi ilə əvəz olunur. Məlumatların toplanılması xüsusi qrup tərəfindən həyata keçirilir. Onlar həm səyyar yoxlamalardan, həm bizə edilən zənglərdən, həm də sosial şəbəkələrdən daxil olan yeni məlumatları yoxlayaraq xəritəmizdə aparılacaq düzəlişlər üçün kartoqraflara təqdim edirlər.

Bununla yanaşı kollektivimiz hər bir istifadəçimizə fərdi yanaşır - onun hər bir təklif, istək və şikayəti dinlənilir və ümumi razılığa gəlmək üçün müvafiq tədbirlər görürlür. Bizim xəritəmizin dəqiq və aktual olub-olmasınını istifadəçilər qiymətləndirsin.

- Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin keçirdiyi tenderdə qalib gəlmisiniz. Bu Sizin qarşınızda hansı yeni məsələlər qoyur? Görəcəyiniz işlər hansılardlr?

- Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin keçirdiyi tender əsasən yollarda quraşdırılmış yol nişanlarının elektron xəritəsi hazırlanmalıdır. Texniki tapışırıqları ilə tanış olduq və qisa müddət ərzində öz təklifimizi hazırladıq. Təklifimizi daha münasib və əlavə olaraq, faydalı funksiya və alətlər olduğundan bizi qalib seçdilər. Artıq işlərə start verilib və komandamız “qollarını çırmayaraq” böyük əzmlə tapşırığı yerinə yetirir. Bu iş çox məsuliyətli və çətindir.

Əminəm ki, biz bu işin öhtəsindən alnıaçıq çıxacağıq. Bunun nəticəsində yerli elektron xəritə bazarında mövcud olan iştirakçılara nisbətən bir pillə irəliləmiş olduq. Bu iş həm də bizə dövlət qurumları arasında olan əminliyi artıracaq. Artıq biz istənilən dövlət qurum və təşkilatlarından elektron xəritə üzrə sifarişi qəbul etməyə hazırıq.

- Naviqasiya gündəlik həyatda nə qədər vacibdir?

- Şəhərimiz günü-gündən böyüyür və çox sürətlə dəyişir. Dəyişiklik həm ünvan, həm obyekt və həm də yol hərəkəti qaydası və s. üzrə ola bilər. Bu işdə məhz naviqasiya öz köməkliyini göstərir. Avtomobili olan şəxs hər hansı dəyişikliyin fərqində olmasa belə, biz onu bu məlumatla təmin edirik. Hər birimizin başına gəlib. Zaman-zaman ən yaxın yanacaqdoldurma, ATM, aptek, market və s. axtarışında oluruq. Bunun üçün «dosta zəngə» və yaxud ətrafdakılara sual verməyə ehtiyac yoxdur. Sadəcə, naviqatorda axtarış vermək kifayətdir. Naviqator nəinki yerini, hətta həmin obyektin kontaktlarını sizə təqdim edəcək.

Bizim naviqatorlar bir sıra kuryer, taksi, yükdaşıma və keyterinq xidməti ilə məşğul olan insanların gündəlik fəaliyyətində əvəzedilməz aksessuardır.

- Tıxac və sıxlıqlar nə qədər dəqiq əks olunur?

- Bütün inkişaf etmiş ölkələrdə pik saatlarıa yollarda avtomobillərin tıxac yaratması artıq gündəlik norma kimi qəbul olunub. Bəzən sürücülər eyni yollardan istifadə edirlər, çünki alternativ yolları tanımırlar. Həmin yolda tıxac və ya sıxlıq olduqda çaşqınlıq halında qalırlar. Belə olan halda bizim naviqasiya xidmətimiz köməyə gəlir. Proqram sürücüyə hərəkətə başlamazdan əvvəl tixac olan və yaxud təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti bağlı yollara alternativ yolu seçib təqdim edir. Bu məlumat isə bizim sistemə onminlərlə istifadəçilərimizdən daxil olur. Üstəlik, şəhərdə daima əməliyyat qrupumuz fəaliyyət göstərir ki, onlar bilavasitə bağlı yollar və alternativ keçid yolları üzərində çalışır.

- Bakıda naviqasiyadan istifadə edərək məznil başına nə qədər tez çata bilərik?

- Daha öncə söylədiyim kimi, naviqasiya daha qısa və boş yolları seçərək, sürücünün yolunu daha da rahat və sürətli edir. Özəlliklə pik vaxtlarda alternativ yollar seçərək daha qısa zamanda istədiyiniz yerə çatdırır. Biz onlayn rejimdə bu məlumatı təqdim edirik. Yollardakı vəziyyətin dəyişməsi dərhal istifadəçilərimizin naviqasiyasına mobil rabitə vasitəsi ilə yüklənir. Digər tərəfdən, naviqasiyamız sizi Azərbaycan və Gürcüstanın istənilən hissəsinə rahatlıqla çatdıra bilər. Yetər ki, istədiyiniz ünvanı, yaxud obyekti ona daxil edəsiniz. 

- Hansı naviqasiya planşetləri təklif edirsiniz?

- Hal-hazırda naviqasiya proqramını Windows CE, Android və IOS əməliyyat sistemlərinə təklif edirik.

- Mobil əlavələr necə?

- App Store və Play Market mağazalarında naviqasiya mobil əlavəmizi əldə etmək olar. İlk olaraq istifadəçiyə əlavəni 15 günlük pulsuz əldə etmək şəraiti yaradılıb. Əgər istifadəçinin cihazı texniki olaraq proqramı normal çalışdırarsa və istifadəçi proqramdan məmnun olarsa, tam versiyanı əlavənin daxilində olan xidmətlə ala bilər.

- Gələcək planlarınız varmı?

- Hazirda xəritə üzərindən faydalı innovasiyalar hazırlanıb və bir neçə dövlət qurumlarına təklif olunması planlaşdırılıb. Ən əsası isə işğaldan azad olunacaq torpaqların elektron xəritəsinin bazamıza salınmasıdır.

 

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Azercell» naviqasiya xidmətini istifadəyə verdi

16-03-2011

GoMap Azərbaycanın naviqasiya sisteminə inteqrasiya olunacaq

12-08-2015

Azərbaycanda yeni naviqasiya sistemi fəaliyyətə başladı

23-02-2017

GPS naviqasiya proqramı istifadəyə verilib

12-10-2015

AzNav istifadəçilərin sayı 270 mini ötüb

17-01-2018

Bakını əhatə edən offlayn naviqasiya proqramı istifadəyə verildi

14-10-2015

GoMap Türkiyə və Gürcüstana səfərə gedənlərin bələdçisinə çevriləcək

04-02-2015

Uber də gəldi, taksi bazarında nə dəyişəcək?

24-04-2015

Azərbaycanda avtomobillərin və nömrə nişanlarının onlayn satışı təklif edilir

10-05-2023

Bizə yol göstərən milli mobil tətbiqlərimiz

29-07-2015

Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

14-03-2016

189 taksi xidmətinin avtomobillərində Bakcell-dən Wi-Fi xidməti

21-10-2015

Uber taksi xidmətindən istifadə edirsiniz? -Sorğu

22-09-2017

“Dövlət büdcəsi 40 milyon manata qənaət edə bilər”

20-02-2016

“Mobil tətbiqlər biznesin inkişafına təkan verir”

30-03-2015

Bakcell Qəbələdə daha bir mərkəz açdı

28-09-2018

Avtovağzalda bir çox xidmətlər təkmilləşdiriləcək

03-09-2018

Nazirlik rəsmisi: “GoMap” üzərində mütəmadi olaraq yenilənmələr gedir”

08-05-2015

WiMAX şəbəkəsi Azərbaycanda istifadəçilərə hansı imkanları verəcəkdir?

28-12-2009

«Azercell»dən «Friend Finder» xidməti

25-11-2010

“GoMap” Avropa Oyunları üçün yeni servislər təqdim etdi

21-05-2015

Anar Abbasov: Son aylarda Azercell LTE istifadəçilərinin sayı yüksək sürətlə artmaqdadır

30-05-2018

Azərbaycanda məscidləri tapmaq asanlaşdı-Yeni veb xəritə

07-02-2017

İlk elektron hərrac keçirilib

05-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə