Previous Next
Bağla

189 taksi xidmətinin avtomobillərində Bakcell-dən Wi-Fi xidməti

21-10-2015 11:15
189 taksi xidmətinin avtomobillərində Bakcell-dən Wi-Fi xidməti

Bakcell şirkəti özünün ən böyük korporativ abunəçilərindən biri olan Bizim Taksi MMC (189 taksi sifarişi xidməti) ilə  birlikdə  yeni layihəyə start verib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, sözügedən taksi xidmətindən istifadə edən sərnişinlər pulsuz olaraq Bakcell-in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.

Bunun üçün Bakcell abunəçiləri 189 taksi xidmətinin avtomobillərində  Bakcell Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini  daxil etməli və  SMS vasitəsilə aldıqları  kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən Bakcell abunəçisi və ya rouminqdə olarkən Bakcell şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.

“189 taksi xidməti sifarişi ilə əməkdaşlıq bizim üçün çox önəmlidir. Biz müştərilərimizin tələblərini nəzərə alırıq və sərnişinlərin asanlıqla innovativ xidmətlərimizdən faydalanmaları üçün 189 taksi sifarişi xidməti ilə əməkdaşlıq edirik. Artıq onlar taksilərdə quraşdırdığımız yüksək sürətli Wi-Fi sayəsində şəbəkəmizin yüksək sürətli internetindən faydalana biləcəklər. 189 xidməti eyni zamanda Ulduzum loyallıq proqramının 1 milyon 400 mindən çox abunəçisinə 10 faiz endirim təklif etməklə onlar tərəfindən ən çox istifadə olunan xidmətlər sırasında liderdir. Ümidvarıq ki, təqdim etdiyimiz Wi-Fi internet 189 taksi sifarişi xidmətindən yararlanan sərnişinlərin səfərlərini daha da maraqlı  edəcək”,- deyə Bakcell şirkətinin satış üzrə baş direktoru Fedja Hadzic bildirib.

Qeyd edək ki, Bakcell-in ən böyük korporativ abunəçilərindən biri olan 189 taksi sifarişi xidməti 2800-dən çox Bakcell nömrəsi ilə təmin olunub. Taksi sifarişi üçün müştərilərin zəng etdiyi məlumat mərkəzinin rabitə sistemi də bütünlüklə Bakcell tərəfindən qurulub. Belə ki, məlumat mərkəzinə daxil olan sifariş Bakcell tərəfindən təqdim olunan yüksək sürətli mobil internet vasitəsilə sürücünün smartfonuna yönləndirilir və o, dərhal sifarişin yüksək səviyyədə icra olunmasına başlayır.

“Bakcell şirkəti bizim ən böyük strateji partnyorumuzdur. Biz bir neçə sahədə əməkdaşlıq edirik və bu əməkdaşlıq nəticəsində 3 tərəf qazanmış olur: həm Bakcell, həm 189 taksi sifarişi xidməti, xüsusilə isə bizim müştərilərimiz. Hazırda Bakcell abunəçisi olan müştərilərimiz Ulduzum loyallıq proqramı və Wi-Fi xidmətindən böyük məmnuniyyətlə istifadə edirlər. Gələcəkdə  müştərilərimizə daha yaxşı və daha sərfəli yeniliklər təqdim etməyə davam edəcəyik” , - deyə Bizim Taksi MMC-nin Direkroru Ağacan Abbasov bildirib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell ağıllı avtomobilini təqdim edib

03-12-2015

Bakcell 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

26-11-2015

Bakcell-dən YouTube istifadəçiləri üçün yenilik

30-06-2017

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

16-09-2021

Bakcell-in “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

28-06-2019

Bakcell internet paketin qiymətini 10 qəpiyə saldı

09-09-2015

Bakcell-dən endirim kampaniyası

19-08-2015

“Nar Mobile” “Bakı Taksi” MMC ilə əməkdaşlıq edəcək

14-10-2014

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

16-10-2023

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022

Bakıda ödənişsiz Wi-Fi olan dayanacaqların sayı artırılır

25-12-2015

Taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər gücləndirilir

12-06-2023

Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

03-07-2015

Bakcell Gold abunəçilər üçün rominq kampaniyasını təqdim edir

14-07-2015

Bakcell-i seçənlərin sayı artıb

20-02-2015

Bakcell Qəbələdə daha bir mərkəz açdı

28-09-2018

Bakcell Digiturk-lə tərəfdaşlığa başlayıb

12-11-2015

Bakcell-dən Ramazana özəl pulsuz danışıq kampaniyası

23-06-2015

Bakcell Rusiyada olan abunəçiləri üçün yenilik edib

19-07-2016

Azərpoçt və Bakcell yeni layihəyə başlayıb

17-08-2015

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Bakcell-dən Ulduzum abunəçiləri üçün lotereya elanı

26-03-2015

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə