Previous Next
Bağla

WiMAX şəbəkəsi Azərbaycanda istifadəçilərə hansı imkanları verəcəkdir?

28-12-2009 19:15
WiMAX şəbəkəsi Azərbaycanda istifadəçilərə hansı imkanları verəcəkdir?

Mobil WiMAX şəbəkəsi Azərbaycanda istifadəçilərə hansı imkanları verəcəkdir?-bu sualı Delta Telecom şirkətinin texniki direktoru Rahid Ələkbərli cavablandırıb:

-Əsasən internet kütləsinin Bakıda yerləşdiyi üçün, biz bu işin daha sağlam və strateji gələcəyini zəmanət altına almaq məqsədi ilə ilkin olaraq Mobil WiMAX şəbəkəsini Bakı və Abşeron yarımadasında istifadəyə verməyi planlaşdırırıq.

Əlbəttə bu o demək deyil ki, şəbəkə sadəcə burada işləyəcək. Yeni optimizasiya işlərinə artıq start verilib və Mobil WiMAX əhatə dairəsinin genişləndirilməsi, və əsasən də regionlara da bu xidmətlərin çıxarılması göz önündə dayanan layihələrdən biridir. Son istifadəçiyə gəldikdə, qurduğumuz bu şəbəkə onlara ilk növbədə rahat internet xidmətlərdən istifadə imkanını yaradacaq, digər  tərəfdən bizim bu layihədə ən əsası iqtisadi dəyərləndirmə faktoru daha çox qabaracaq. Biz artıq istifadəçilər üçün 10 manatdan 100 manatadək olan paketlər sırası hazırlamışıq, hansılar ki, istifadəçilərə öz vəsaitlərini dəyərləndirməyə imkan yaradacaq. Yanvar ayının birindən etibarən www.wimax.az saytında həm paketlərin qiymətləri, istifadəçiyə təqdim olunan surətlər, istifadəçi avadanlığı barədə məlumatlar təqdim olunacaq. Xüsusilə qeyd etmək istərdim ki, istifadəçilər gözlədikləri ən yüksək keyfiyyətli internet xidməti əldə edə biləcəklər. Bu bizim layihənin ilkin mərhələsidir, belə ki, növbəti mərhələlərdə internet xidmətləri ilə paralel olaraq 2010-cu ilin ikinci rübündən digər xidmətlər də təqdim etməyi planlaşdırırıq.

Onu da qeyd etmək istərdim ki, hər bir şəbəkənin ilkin istismar dövründə müəyyən çətinliklər olmalıdır. Bizim şəbəkədə ola biləcək çətinlikləri minimuma endirmişik. Ola biləcək hər hansı çətinliyə görə də maximum tədbirlər görülmüşdür. Ola biləcək çətinliklərin aradan qaldırılmasında son istifadəçilərin bizimlə əlaqə qurması, onlardan ala biləcəyimiz məlumatlar şəbəkəni, ümumilikdə istifadəçilərə verəcəyimiz xidmətlərin yüksək keyfiyyətinə tkan verəcək.

Əlbəttə, bu xidməti təqdim etməklə digər provayderlərin işinə zərbə vurmaq məqsədi güdmürük. Bizim məqsədimiz onların da daha müasir texnologiyalarla xidmət göstərməsi üçün şərait yaratmaqdır. Hal hazırda biz provayderlərlə bu xidmətin onların vasitəsi ilə də həyata keçirmək imkanlarını müzakirə edirik. Təbii ki, burada struktur belə yaradılıb ki, son istifadəçi həm bizdən, eləcədə bu günədək xidmətlərindən istifadə etdikləri internet provayderdən həmin xidmətləri eyni şərtlərlə, eyni keyfiyyətlə əldə edə bilsin. Mobil WiMAX şəbəkəsi eləcədə provayderlərin regionlara çıxışına imkan yaradacaq.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Delta Telecom WiMAX şəbəkəsinin istifadəyə verildiyini bildirib

06-01-2010

ADSL tarixdə qalır, Wimax dövrü başlayır

09-12-2009

Çinlilər Afrikada ilk WiMax şəbəkəsi quracaqlar

31-10-2008

İlk 4G cib telefonunu hansı şirkət hazırlayacaq?

29-09-2009

Cari ildə Azərbaycanda Wimax texnologiyasının tətbiqi gözlənilir

24-07-2009

«Huawei» şirkəti «WiMAX Forum»un Direktor Şurasına daxil olub

03-04-2009

WiMAX`ı dəstəkləyən ilk telefon Samsung`dan gəldi

20-04-2009

«AzQtel» şirkəti regionlarda genişzolaqlı internet xidmətləri göstərəcək

16-11-2009

Toshiba dünyada ilk WiMAX noutbuk təqdim etdi

09-10-2008

WiMAX və LTE texnologiyalarının dəstəyi ilə yeni elektron məhsullar təqdim ediləcək

22-09-2008

Sazz 4G yeni texnologiyaya keçir

21-01-2016

RƏQƏMLİ TELEVİZİYA YAYIMININ TƏTBİQ EDİLMƏSI ÜÇÜN HAZIRLIQ İŞLƏRI APARILIR

12-07-2010

Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

03-11-2015

Bakcell WiMAX texnologiyasını nümayiş etdirib

12-11-2008

Azərbaycanda 300 meqabitlik simsiz İnternet olacaq

27-01-2009

İntel WiMax-ı tam dəstəklədi

11-11-2009

Nar 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

14-03-2016

Bakcell Qəbələdə daha bir mərkəz açdı

28-09-2018

Azərbaycanda mobil Wi-Max xidmətinin tətbiqi başlanır

07-01-2009

Nar şəbəkəsini gücləndirir

26-10-2017

Meta AI istifadəçilərin adından instagramda şərh yaza biləcək

24-03-2025

“Delta Telecom” gələn il Azərbaycanda mobile-WIMAX xidmətlərini təqdim edəcək

03-12-2009

«Elcell» xidmətinin tarif və avadanlıqları ucuzlaşdırılıb

01-05-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə