Gənclər üçün Təhsil Mərkəzi bu gün “YouTube” videomaterial hostinq xidmətində Qarabağa həsr olunmuş ilk videokanalın fəaliyyətinə start verdi.
Videokanalın yaradılmasında əsas məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına kömək etmək və real vəziyyəti onların beynində canlandırmaqdır.
Mərkəzin informasiya bölməsindən verilən məlumata əsasən hazırda YouTube-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş müxtəlif video materiallar mövcuddur ki, bunların böyük əksəriyyəti ermənilər tərəfindən buraya daxil edilir və reallığı əks etdirmir. Çox təəssüf ki, əlimizdə olan bu qədər video materiallardan səmərəli istifadə etmirik və burada yerləşdirmirik. Ona görə də Mərkəz bu kanalı yaratmaqla, vahid bir mənbədən bütün video görüntülərin və digər materialların yerləşdirilməsini planlaşdırır.
Qeyd edək ki, yaradılmış yeni kanalda münaqişəyə həsr olunmuş kadrlar, Qarabağ və işğal olunmuş rayonlarımız haqqında videolar, filmlər, musiqilər, müsahibələr və digər görüntülər yerləşdirilməkdədir.
Mərkəz hər bir şəxsi bu kanalın işində fəal iştiraka dəvət etməklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə əlaqəli olan video materialların təqdim edilməsini xahiş Kanalına birbaşa aşağıdakı ünvandan daxil olmaq mümkündür:
http://www.youtube.com/KarabakhTV
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri