Previous Next
Bağla

DTX Kəlbəcərdə məskunlaşma ilə bağlı məlumat yaydı

18-08-2020 17:57
DTX Kəlbəcərdə məskunlaşma ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində işğalçı Ermənistanın qeyri-qanuni fəaliyyətləri, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir.

Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bildirilib.

“Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı öz təsdiqini tapıb.

2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. İnşaat işlərinin sürəti və gedişi bu yaşayış məskəninin daha da genişlənəcəyini deməyə əsas verir. Belə ki, 2020-ci ilin yanvar ayında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilmişdirsə, avqust ayında bu rəqəm artıq 15-ə çatıb”.

Qeyd edilib ki, düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qeyri-qanuni fəaliyyət həyata keçirilib.

Peyk təsvirlərinin analizində göründüyü kimi, yeni yaşayış məntəqələrinin salınması faktı Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfinin beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına, insan hüquqları normalarına zidd olaraq qeyri-qanuni fəaliyyətini davam etdirdiyini sübut edir.

Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib.

Xatırladırıq ki, beynəlxalq hüquq ilə yanaşı, Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının azərbaycanlı sakinlərinin öz evlərinə geri qayıtmaq hüququ təmin ediləcək və təcavüzkar Ermənistan bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekpert: Azərbaycan tərəfi güc amilindən istifadə etməlidir

Ekpert: Azərbaycan tərəfi güc amilindən istifadə etməlidir

18-08-2020
Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

06-07-2018
Ermənilər Cəbrayılda tarixi və mədəni abidələri dağıdıblar...

Ermənilər Cəbrayılda tarixi və mədəni abidələri dağıdıblar...

09-10-2020
ÜPİ İstanbul Konqresi 2016 başa çatdı-Foto

ÜPİ İstanbul Konqresi 2016 başa çatdı-Foto

07-10-2016
Azərkosmos Qubadlıda salınan qəsəbənin görüntüsünü yayıb

Azərkosmos Qubadlıda salınan qəsəbənin görüntüsünü yayıb

01-09-2019
XİN: Booking.com-a qarşı tədbirlər görülür

XİN: Booking.com-a qarşı tədbirlər görülür

17-11-2017
Azərkosmos Ağdamın işğal olunmuş hissəsində yanğın aşkarlayıb

Azərkosmos Ağdamın işğal olunmuş hissəsində yanğın aşkarlayıb

02-07-2018
Azərkosmos Xocavənd rayonunun təsvirini yayımlayıb

Azərkosmos Xocavənd rayonunun təsvirini yayımlayıb

02-10-2019
“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

23-07-2020
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

18-09-2018
Azərbaycanda xarici pulköçürmə şikətin fəaliyyəti dayandırıldı

Azərbaycanda xarici pulköçürmə şikətin fəaliyyəti dayandırıldı

26-12-2017
İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı elektron lövhə yerləşdirilib

İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı elektron lövhə yerləşdirilib

19-06-2015
Azərbaycan gəncləri Rusiya və İsveçrə mobil operatorlarına qarşı kampaniyaya başlayıb

Azərbaycan gəncləri Rusiya və İsveçrə mobil operatorlarına qarşı kampaniyaya başlayıb

07-04-2015
Ağdamın peykdən görüntüsü yayılıb

Ağdamın peykdən görüntüsü yayılıb

23-07-2020
İşğal olunmuş şəhərlərimizin peykdən görüntüləri

İşğal olunmuş şəhərlərimizin peykdən görüntüləri

26-02-2019
Ekspert: Azersky peykinin verdiyi informasiyalar cavab tədbirləri üçün yetərli olmalıdır

Ekspert: Azersky peykinin verdiyi informasiyalar cavab tədbirləri üçün yetərli olmalıdır

02-09-2019
Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021
İşğal olunmuş rayonların virtual diyarşünaslıq muzeyləri şəbəkəsi yaradılır

İşğal olunmuş rayonların virtual diyarşünaslıq muzeyləri şəbəkəsi yaradılır

04-10-2010
Rəsmi İrəvan Azərbayсanın ərazi bütövlüyünü tanıyır

Rəsmi İrəvan Azərbayсanın ərazi bütövlüyünü tanıyır

31-08-2010
Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar

Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar

20-09-2023
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08-11-2022
Müdafiə Nazirliyi məlumat verib

Müdafiə Nazirliyi məlumat verib

13-09-2022
Təmas xəttində Azersky peyki vasitəsilə aparılmış  monitorinqinin nəticələri açıqlanıb

Təmas xəttində Azersky peyki vasitəsilə aparılmış monitorinqinin nəticələri açıqlanıb

29-06-2015
Azərkosmos Füzulinin əldə olunmuş görüntülərini yayımlayıb

Azərkosmos Füzulinin əldə olunmuş görüntülərini yayımlayıb

23-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə