Previous Next
Bağla

«Bakcell» şirkəti abunəçilərin narazılığına necə cavab verdi?

07-01-2010 14:14
«Bakcell» şirkəti abunəçilərin narazılığına necə cavab verdi?

Xidmətin hədsiz keyfiyyətsizliyi barədə şikayətlər son bir neçə gün ərzində daha da intensivləşib

Məlum olduğu kimi, Azərbaycanda 3 mobil operator -\"Azercell\", \"Bakcell\" və \"Azərfon\" fəaliyyət göstərir. Sözügedən mobil operatorlar müxtəlif illərdə ölkədə fəaliyyətə başlasa da, əhaliyə xidmətdə göstərdikləri keyfiyyət də bir-birindən fərqlidir.  Məlumat üçün qeyd edək ki, Azərbaycanda fəaliyyətə başlayan ilk mobil operator \"Bakcell\" şirkəti olub. 1994-cü ildən ölkədə fəaliyyət göstərən şirkətin bu günlərdə açıqladığı məlumata görə, abunəçilərinin sayı 2 milyona çatıb. \"Bakcell\" ötən il apardığı kampaniya çərçivəsində danışıq tariflərinin qiymətini aşağı saldı və abunəçilərə təqdim etdiyi konturların miqdarını artırdı. İlk əvvəl belə təəssürat yarandı ki, həqiqətən də sözügedən mobil operator abunəçilərə ucuz və keyfiyyətli rabitə xidməti göstərməyi qarşısını məqsəd qoyub. Ancaq çox keçmədən...

Məsələ ondadır ki, son vaxtlar sözügedən mobil operatordan istifadə edən abunəçilərin şikayətləri xeyli artıb. İş o yerə gəlib çatıb ki, əlaqə saxlanılan zaman tez-tez əlaqə qırılır, ya da səs kəsik-kəsik gəlməyə başlayır, rabitə yarıda dayanaraq donur. İstər bayram günləri, istərsə də bayram olmayan günlərdə bu cür hallar tez-tez baş verir. Kənd rayonlarında isə \"Bakcell\"in xidmətindən ümumiyyətlə danışmağa dəyməz. Abunə xidmətinə görə yaranan cüzi borcdan ötrü günün-günorta çağı xidmət bağlanır. Bu gecə yarı baş versə, yenə dərd yarıdır.

\"Bakcell\" operatorunda mövcud olan texniki problemlərlə əlaqədar sözügedən şirkətin mətbuat xidmətinin rəhbəri İlham Əfəndiyevə müraciət etdik. O, bu məsələyə şərh vermək səlahiyyətində olmadığını bildirdi və şirkətin sözçüsü İlham Quliyevə müraciət etməyimizi tövsiyə etdi. Bununla bağlı İ.Quliyevə telefon açsaq da, o, verdiyimiz suala şifahi cavab vermək səlahiyyətində olmadığını bildirdi. O üzdən onlara yazılı müraciət etməyimizi tövsiyə etdi. Beləcə, \"Bakcell\"ə bağlı mövcud problemlər barədə şirkətin rəsmilərindən cavab ala bilmədik. Dünən və srağagün redaksiyamızla əlaqə saxlayan abunəçilər belə davam edərsə, mobil şirkətin xidmətlərindən imtina etmək həddində olduqlarını da əlavə etdilər. \"Bakcell\"də nə baş verir?//\"Bakı-Xəbər\" qəzeti

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bakcell”in rəhbəri dəyişdi

08-02-2011

«Bakcell»ə yeni baş direktor təyin olunub

10-01-2009

“Bakcell” bəzi sosial şəbəkələrə girişlə bağlı problemi aradan qaldırıb

09-03-2011

Bakcell Rabitə Nazirliyinə 3G lisenziyası üçün müraciət etdi

17-07-2010

Bakcell şirkəti diler şəbəkəsi vasitəsilə öz xidmətlərini genişləndirir

14-12-2010

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

14-10-2009

“Bakcell” rouminq tərəfdaşlarının sayını 2,5 dəfə artırıb

27-08-2010

«Bakcell» yeni Xidmət Mərkəzini istifadəyə verib

28-09-2010

“Bakcell” kontur “yeyir”?

08-10-2008

Bakıda ödənişsiz Wi-Fi olan dayanacaqların sayı artırılır

25-12-2015

Bakcell Qubada yeni BakcellIM açdı

21-05-2010

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009

Paytaxtın Botanika Bağı yerləşən ərazisində Bakcell şəbəkəsi kənar müdaxilə ilə üzləşib

24-06-2010

«Bakcell» şirkəti «SMS Viktorina» kampaniyasına başladı

05-02-2011

Azərbaycanda “kontur” sözü tarixə çevriləcək

16-04-2011

Azercell dərmanların saxta olub-olmadığını yoxlayacaq

27-11-2010

“Bakcell”ə yeni baş icraçı direktor təyin olundu

29-04-2011

Bakcell Şəkidə xidmət mərkəzi istifadəyə verib

09-09-2009

«Azərbaycanın mobil rabitə sahəsində «billinq» sisteminin tam tətbiqi üçün vaxt tələb olunur»

24-09-2010

Bakcell-i seçənlərin sayı artıb

20-02-2015

Bakcell yeni SMS kampaniyasına başlayıb

24-05-2010

«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

19-11-2010

“BAKCELL”in yeni devizi bəlli oldu

12-05-2009

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə