Previous Next
Bağla

“Azərkosmos” 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edir

06-10-2026 11:32
“Azərkosmos” 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edir

“Azərkosmos” Türkiyənin Antalya şəhərində keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edir.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, bu il “Dünyanın daha çox kosmosa ehtiyacı var” mövzusunda təşkil edilən tədbirdə müxtəlif ölkələrdən alimlər, mühəndislər, sahibkarlar, akademiklər və tələbələr bir araya gələrək kosmos tədqiqatlarının gələcəyi ilə bağlı fikir mübadiləsi aparırlar. Konqres çərçivəsində kosmosun dayanıqlı inkişafı, beynəlxalq əməkdaşlıq, innovativ texnologiyalar və kosmosun cəmiyyət üçün strateji rolu müzakirə olunur.

“Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov tədbir çərçivəsində keçirilən 3-cü Qlobal Kosmik Liderlər Sammitində çıxış edib. Çıxış zamanı kosmik texnologiyaların iqlim dəyişiklikləri, təbii fəlakətlər, ərzaq və su təhlükəsizliyi, ətraf mühitin deqradasiyası və sürətli urbanizasiya kimi qlobal çağırışların həllində əhəmiyyəti vurğulanıb.

Dunay Bədirxanov bildirib ki, kosmik fəaliyyətlərin uğurunun ən mühüm göstəricilərindən biri onun Yer üzündə yaratdığı müsbət təsirdir. Bu baxımdan, peyk məlumatlarının vaxtında, etibarlı və qərarvermə üçün əlçatan məlumata çevrilməsi xüsusi əhəmiyyət daşıyır.

Çıxış zamanı “Azərkosmos”un Yerin müşahidəsi və coğrafi informasiya sistemləri (GIS) imkanları barədə məlumat verilib. Qeyd olunub ki, peyk təsvirlərinin qabaqcıl analitika və süni intellektlə inteqrasiyası fəlakətlərdən əvvəl, fəlakət zamanı və sonrasında daha sürətli və əsaslandırılmış qərarların qəbul edilməsinə imkan yaradır. Bu imkanlar kənd təsərrüfatı, ətraf mühitin monitorinqi, infrastrukturun planlaşdırılması, fəlakət risklərinin idarə olunması və iqlim dayanıqlığının gücləndirilməsi kimi sahələrdə tətbiq olunur. Bu istiqamətdə “Azərkosmos”un hazırladığı rəqəmsal həllərdən, o cümlədən “FarmerApp”, “Platerra” və “WebGIS” kimi məhsullardan bəhs edilib.

Qlobal Kosmik Liderlər Sammiti dünyanın 50-dək ölkəsinin kosmik agentliklərinin liderlərini bir araya gətirərək təcrübə mübadiləsinə, innovativ layihələrin təqdimatına və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradıb.

Bununla yanaşı, konqresdə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın 80 nəfərlik Milli Elmi Komandası da təmsil olunur. Komanda üzvləri konqres çərçivəsində hazırladıqları elmi məqalələri təqdim edərək, elmi araşdırmalarını beynəlxalq auditoriya ilə bölüşürlər.

Qeyd edək ki, Azərbaycan 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təqdim olunan elmi məqalələrin sayına görə 108 ölkə arasında ikinci yeri tutub. Ölkəmiz 814 elmi məqalə ilə dünyada ikinci yerdə qərarlaşıb.

Həmçinin tədbir çərçivəsində kosmik avadanlıqların yerüstü sınaqlarının həyata keçirilməsinə imkan verən “Azərkosmos”un mühəndisləri tərəfindən hazırlanmış termal-vakuum kamerasının (TVAC – Thermal Vacuum Chamber) texniki imkanları təqdim olunur.

77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilən görüş və müzakirələr kosmik texnologiyaların dayanıqlı inkişafı, fəlakət risklərinin azaldılması və cəmiyyətin rifahının yüksəldilməsi istiqamətində tətbiq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018
Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021
“Azərkosmos” İtaliya Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində təmsil olunub

“Azərkosmos” İtaliya Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində təmsil olunub

06-09-2023
2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024
Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025
Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan komandası 630 elmi məqalə təqdim edib

Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan komandası 630 elmi məqalə təqdim edib

11-04-2025
Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022
Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

03-04-2026
"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

06-10-2023
“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

26-10-2021
“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023
Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023
Beynəlxalq Astronavtika Konqresində məqalə sayına görə Azərbaycan 2-ci yerdədir

Beynəlxalq Astronavtika Konqresində məqalə sayına görə Azərbaycan 2-ci yerdədir

20-09-2025
“Azərkosmos” Konfrans çərçivəsində 10-dək Anlaşma Memorandumu imzalayacaq

“Azərkosmos” Konfrans çərçivəsində 10-dək Anlaşma Memorandumu imzalayacaq

24-04-2025
Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022
Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023
“Azərkosmos”: Yeni nəsil peyk sistemlərini orbitə çıxaracağıq

“Azərkosmos”: Yeni nəsil peyk sistemlərini orbitə çıxaracağıq

24-04-2025
Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025
Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024
Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı başa çatıb

Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı başa çatıb

26-04-2025
"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026
Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

24-04-2025
Media nümayəndələri ilə “İqlim dəyişikliyi və kosmos” mövzusunda görüş keçirilib

Media nümayəndələri ilə “İqlim dəyişikliyi və kosmos” mövzusunda görüş keçirilib

19-07-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə