Previous Next
Bağla

Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

03-04-2026 12:22
Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Özbəkistanın Daşkənd şəhərində Kosmik Texnologiyalar konfransında ölkəmizi təmsil edib.

Xeberler.az bildirir ki, bu barədə Azərkosmos-dan məlumat verilib.

Bildirilib ki, konfrans çərçivəsində Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov plenar sessiyada çıxış edib.

Çıxışında 2026-cı ilin Azərkosmos üçün xüsusi bir il olduğunu və qurumun fəaliyyətinin 15 illik yubileyini qeyd etdiyini bildirib. O, həmçinin kosmik texnologiyaların, davamlı inkişaf, iqtisadi artım və beynəlxalq əməkdaşlığın əsas alətlərindən birinə çevrildiyini vurğulayıb.

Dunay Bədirxanov qeyd edib ki, Azərbaycan son illərdə beynəlxalq tərəfdaşlarla həyata keçirdiyi layihələr və təşəbbüslər sayəsində kosmik sahədə mövqeyini gücləndirib.

İnnovasiya istiqamətində ölkədə məktəblilər tərəfindən hazırlanmış ilk peykin orbitə buraxılması xüsusi qeyd olunub. Bununla yanaşı, kənd təsərrüfatı və geoinformasiya sahələrində tətbiq olunan “FarmerApp” və “Platerra” kimi rəqəmsal həllər, eləcə də “Azconnexus”telekommunikasiya xidməti regionda rəqəmsal transformasiyaya töhfə verir.

Davamlılıq sahəsində isə Azərkosmosun ətraf mühitin monitorinqi və iqlim dəyişiklikləri ilə mübarizədə peyk texnologiyalarından istifadə etdiyi vurğulanıb. Xəzər dənizində su səviyyəsinin izlənməsi layihəsi bu istiqamətdə nümunə kimi təqdim olunub.

Konfrans çərçivəsində Azərkosmos Azərbaycanın kosmik sənayesinə dair brifinq (Country Space Briefing) təşkil edib. Tədbirdə Azərkosmosun bu günədək həyata keçirdiyi fəaliyyətlər, əldə etdiyi əsas nailiyyətlər və gələcək planlar iştirakçılara təqdim edilib.

Əlavə olaraq, agentlik Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin rəhbərlərinin 5-ci illik toplantısında da təmsil olunub. Görüşdə çıxış edən Dunay Bədirxanov, Türk dövlətləri arasında kosmik sahədə əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birgə CubeSat layihəsi, peyk məlumatlarının paylaşımı, kənd təsərrüfatı və fövqəladə halların idarə olunması sahələrində həyata keçirilən layihələr regional əməkdaşlığın mühüm istiqamətləri kimi təqdim olunub.

Daha sonra, Azərkosmosun Mərkəzi Asiya ölkələrində həyata keçirdiyi Coğrafi İnformasiya Sistemləri (CİS) layihələri, o cümlədən Qırğızıstanda əkin sahələrininxəritələnməsi təşəbbüsü və telekommunikasiya sahəsində regional tərəfdaşlıqlar diqqətə çatdırılıb. Gələcək əməkdaşlıq üçün əsas prioritetlər kimi insan kapitalının inkişafı, təcrübə mübadiləsi və birgə kosmik standartların formalaşdırılması qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024

“Azərkosmos”: Yeni nəsil peyk sistemlərini orbitə çıxaracağıq

24-04-2025

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026

TDT-yə üzv ölkələrin kosmik sahədə birgə fəaliyyəti üçün hüquqi baza yaradılır

23-04-2025

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

24-04-2024

“Azərkosmos” Konfrans çərçivəsində 10-dək Anlaşma Memorandumu imzalayacaq

24-04-2025

Media nümayəndələri ilə “İqlim dəyişikliyi və kosmos” mövzusunda görüş keçirilib

19-07-2024

Azərkosmosun nümayəndə heyəti Özbəkistandakı konfransda iştirak edib

11-05-2022

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

03-12-2025

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib

04-03-2025

Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

24-04-2025

“Azersky 2” peykini ilk böyük peyk layihəsi kimi həyata keçirməyi planlayırıq

04-03-2025

Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı başa çatıb

26-04-2025

Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzi tikiləcək

21-10-2025

Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

21-02-2019

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

Azərkosmos” peyk istehsalına hazırlaşır

21-10-2025

“Azərkosmos” Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb

25-04-2025

"Azərkosmos"da işləyənlərinin 33 %-i qadınlardır

27-04-2023

“Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb

24-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə