Azərbaycanda yaxın illərdə orta internet sürətinin 200 Mbit/s və daha yüksək səviyyəyə çatdırılması real hədəf kimi qiymətləndirilir.
Xeberler.az məlumat verir ki, Bunu “QəbuldASAN” verilişində çıxışı zamanı AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov bildirib.
Onun sözlərinə görə, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə üzrə fiber-optik infrastrukturun genişləndirilməsi nəticəsində artıq qiqabit tutumlu sabit genişzolaqlı şəbəkə formalaşdırılıb.
“Hazırda ölkəmizdə 200 Mbit/s və daha yüksək orta sürətə keçid üçün texniki imkanlar artıq mövcuddur. Son illərdə həyata keçirilən layihələr nəticəsində bu hədəfə çatmaq üçün əsas infrastruktur formalaşdırılıb”, – deyə Həsən Ömərov qeyd edib.
O, eyni zamanda bildirib ki, “Aztelekom”un 10G və 50G PON texnologiyalarının tətbiqi istiqamətində gördüyü işlər gələcəkdə istifadəçilərə, hətta 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunmasına imkan verəcək.
Qeyd edək ki, son illərdə “Aztelekom” beynəlxalq səviyyədə bir sıra nüfuzlu mükafatlara layiq görülüb. Şirkət “Ookla” tərəfindən “Ən sürətli sabit şəbəkə”, Dünya Genişzolaqlı Assosiasiyası tərəfindən “Gigacity Champion”, “IDATE” tərəfindən isə “Ultra-Broadband Resilient Network for AI Development” mükafatlarını qazanıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları