Previous Next
Bağla

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

04-03-2026 11:54
“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun dayanıqlılığı və süni intellekt yönümlü şəbəkə həllərinin tətbiqi sahəsində əldə etdiyi nəticələrə görə beynəlxalq “Ultra-Broadband Resilient Network for AI Development” mükafatına layiq görülüb.

Xeberler.az bildirir ki, mükafat İspaniyanın Barselona şəhərində keçirilən və dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress” (MWC) çərçivəsində baş tutan “Green All-Optical Network Forum 2026” zamanı təqdim olunub.

Təltif rəqəmsal transformasiya və telekommunikasiya sahəsində beynəlxalq analitik və konsaltinq qurumu olan “IDATE” tərəfindən həyata keçirilib. “Ultra-Broadband Resilient Network for AI Development” mükafatı genişzolaqlı və tam optik şəbəkə arxitekturasının qurulması, yüksəkötürücülü bağlantı imkanlarının yaradılması, hesablama gücündən səmərəli istifadə və şəbəkə dayanıqlılığının təmin edilməsi sahəsində qabaqcıl təcrübələri qiymətləndirir.

Qeyd edək ki, təqdim olunan mükafat “Aztelekom”un yalnız sürət və əhatə dairəsi baxımından deyil, həm də şəbəkənin etibarlılığı, elastikliyi və gələcək texnoloji tələblərə hazırlıq səviyyəsi üzrə beynəlxalq standartlara uyğun inkişaf etdiyini təsdiqləyir. Bu yanaşma ölkədə rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, biznes və dövlət qurumları üçün dayanıqlı bağlantı imkanlarının genişləndirilməsinə, eləcə də süni intellekt əsaslı həllərin tətbiqi üçün zəruri texnoloji bazanın formalaşmasına xidmət edir.

“Aztelekom” bundan sonra da ölkənin rəqəmsal infrastrukturunun gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi və genişzolaqlı internet xidmətlərinin daha dayanıqlı və əlçatan şəkildə təqdim olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” 2 beynəlxalq mükafata layiq görülüb

28-10-2025

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

17-03-2025

“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb

30-05-2025

“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

08-05-2025

“Aztelekom” beynəlxalq assosiasiyaya üzv olub

21-10-2025

“Aztelekom”un dəstəyi ilə “GAMESUMMIT” keçiriləcək

26-05-2025

“Aztelekom” “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb

06-03-2025

“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə təcrübəsini paylaşacaq

22-05-2025

“Aztelekom” beynəlxalq tədbirdə təmsil olunub

10-03-2026

"Aztelekom" yenidən təşkil edilir

25-04-2025

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

15-05-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

22-04-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçirilib

29-04-2025

Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti artıb

10-03-2025

“Aztelekom” rəqəmsal transformasiya təcrübəsini WUF13-də təqdim edib

25-05-2026

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

“Ookla” “Onlayn Azərbaycan” haqqında analitik məqalə yayımlayıb

14-05-2025

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

08-11-2021

“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatıb

10-03-2025

“Aztelekom” 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

28-08-2025

Filip Kotlerin kitabında “Aztelekom” təcrübəsindən bəhs olunacaq

21-05-2025

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

“Aztelekom”un Qarabağ Regional Filialı yaradılıb

04-08-2025

Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

17-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə