Previous Next
Bağla

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022 17:12
“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

Xəbər verdiyimiz kimi, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir.

 

Xeberler.az məlumat verir ki, bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir.

 

Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3-4 qat sürət tariflərinə keçirilir və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60% daha az) ödəniş edirlər.

 

Belə ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 12,5 AZN təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 AZN-dir. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 15,5 AZN təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 AZN-dir.

 

Qeyd edək ki, genişzolaqlı GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.

 

Abunəçilərin diqqətinə bir daha çatdırırıq ki, 06.07.2022-ci il tarixində www.aztelekom.az saytı və qurumun sosial şəbəkələrdəki hesabları üzərindən sözügedən tarif dəyişikliyi ilə bağlı məlumat təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

GPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır

06-07-2022

Ailə NET internetin sürətini artırır

13-05-2015

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

CityNet internet qiymətlərini endirdi

19-03-2018

Ailə TV-dən istifadəçilərinə bayram hədiyyəsi

23-09-2015

Baktelecom internet qiymətlərini endirdi

01-02-2018

“Aztelekom” şəhid ailələri və müharibə əlilləri üçün internet xidmətlərini xüsusi güzəştlə təklif edir

20-09-2023

Ailə NET internet sürətini artırır

17-03-2018

Ailə TV -dən 1 ay pulsuz istifadə imkanı

04-03-2016

Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim edilib

17-11-2022

Hansı ölkədə internet daha sürətlidir?

28-08-2015

Cənubi Qafqazın ən zəif mobil interneti Ermənistanındır

20-08-2024

KATV1 abunəçiləri internet sürətini pulsuz 4 qat artıra bilər

23-05-2016

"Aztelekom” Oğuzda 2 mindən artıq evi yüksəksürətli internetlə təmin edib

31-03-2023

Ən sürətli İnternet hansı ölkədədir? -Reytinq

26-12-2017

100 minədək evə sürətli internet çəkiləcək

09-04-2018

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

Dünyanın ən sürətli internetinə sahib ölkələrin siyahısı

19-05-2015

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

Mobil və sabit internetin sürəti dekabrda azalıb

21-01-2021

“Aztelekom” və “Bakı Telefon Rabitəsi”dən yeni rəqəmsal xidmət

16-02-2023

“Aztelekom” MMC tərəfindən Oğuz rayonunun 97%-i yüksəksürətli internetlə əhatə olunub

20-04-2024

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə