Previous Next
Bağla

“Aztelekom” beynəlxalq tədbirdə təmsil olunub

10-03-2026 10:07
“Aztelekom” beynəlxalq tədbirdə təmsil olunub

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Barselona şəhərində keçirilən və dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress” (MWC) çərçivəsində baş tutan “Digital Economy Development Forum 2026” beynəlxalq tədbirində təmsil olunub.

Xeberler.az bildirir ki, forum rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt, yüksəksürətli internet infrastrukturu və dövlət-özəl sektor tərəfdaşlığı mövzularına həsr edilib. Müxtəlif ölkələrdən hökumət nümayəndələri, sənaye liderləri və texnologiya şirkətlərinin təmsilçiləri qlobal rəqəmsal transformasiyanın prioritet istiqamətlərini müzakirə ediblər.

Tədbirdə “Aztelekom”u təmsil edən Kommersiya departamentinin direktoru Fərid Salamov dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin nəticələri barədə çıxış edib.

-Bildirilib ki, 2021-ci ildə ölkədə fiber-optik genişzolaqlı internetlə əhatə səviyyəsi cəmi 9% idi və orta internet sürəti 12 Mbit/s təşkil edirdi. “Onlayn Azərbaycan” layihəsi nəticəsində - ölkə üzrə fiber-optik şəbəkənin əhatə dairəsinin, demək olar ki, 100%-ə çatdığı, 3 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanının təmin olunduğu və orta internet sürətinin 90 Mbit/s-yə yüksəldiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, layihənin əsas operatorlarından biri olan “Aztelekom” artıq müştərilərinə 150 Mbit/s-dən yuxarı sürət paketləri təqdim edir.

Vurğulanıb ki, layihənin nəticələri Azərbaycanın qlobal rəqəmsal reytinqlərində də öz əksini tapıb. Belə ki, ölkənin “Ookla”nın qlobal reytinqində 40 pillə irəliləyərək 81-ci yerə yüksəldiyi, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində isə 9 pillə irəlilədiyi bildirilib.

Qeyd edək ki, “Aztelekom” “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın icrasına dəstək verməklə qlobal platformalarda fəal iştirakını davam etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

814 minədək ev təsərrüfatı fiber-optik internetlə təmin olunub

09-02-2023

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

04-03-2026

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

17-03-2025

“Aztelekom” “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb

06-03-2025

Gələn il Azərbaycanda keyfiyyətli internet problemi tam həllini tapacaq

06-11-2023

Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti artıb

10-03-2025

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatıb

10-03-2025

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

Azərbaycanda internetin sürəti 30 faiz artıb

24-01-2024

“Aztelekom”da hündürlükdə işlərin təhlükəsiz görülməsi ilə bağlı təlim keçirilib  

10-06-2024

“Aztelekom” rəqəmsal transformasiya təcrübəsini WUF13-də təqdim edib

25-05-2026

“Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyətini artırır

04-08-2023

“Aztelekom” onlayn platformalar üzərindən 24000 sorğu emal edib

14-05-2024

Siyəzən rayonunda təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

26-06-2024

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

“Ookla” “Onlayn Azərbaycan” haqqında analitik məqalə yayımlayıb

14-05-2025

“Aztelekom” MMC tərəfindən Oğuz rayonunun 97%-i yüksəksürətli internetlə əhatə olunub

20-04-2024

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

Yevlax rayonunda təsərrüfatların 71 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

19-04-2024

“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə təcrübəsini paylaşacaq

22-05-2025

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə