Prezident İlham Əliyev “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Xeberler.az məlumat verir ki, dövlət başçısının imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamənin 4-cü hissəsində bir sıra dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, Əsasnamənin 4.2.9-cu yarımbəndi ləğv olunub.
Bununla yanaşı, 4.2.10-cu yarımbənd yeni redaksiyada təqdim edilib. Yeni redaksiyaya əsasən, dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyələşən digər təşkilatların bank hesabları barədə məlumatlar sistemdə nəzərə alınacaq.
Fərmanla həmçinin Əsasnaməyə yeni 4.2-1-ci bənd əlavə edilib. Həmin bəndə əsasən, dövlət mülkiyyətində olan və ya nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərin emissiya etdiyi qiymətli kağızlar barədə reyestr məlumatları tələb olunduqda, bu məlumatlar birbaşa həmin hüquqi şəxslərdən əldə ediləcək.
Qeyd edək ki, dəyişikliklərin məqsədi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi çərçivəsində məlumat mübadiləsinin və dövlət maliyyəsinin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsidir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları