Previous Next
Bağla

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023 14:23
Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

Prezident İlham Əliyev dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında Fərman imzalayıb.

Xeberler.az-ın məlumatına görə, Fərmana əsasən, Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi yaradılacaq.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi altsistemin 2023-cü il sentyabrın 1-dək formalaşdırılmasını təmin etməlidir.

Nazirlər Kabineti:

- idarələrarası elektron sənəd dövriyyəsi sistemi ilə bağlı təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- altsistemin, yaradılacaq elektron sənəd dövriyyəsi sistemlərinin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görsün;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tapşırılsın və Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatına, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparatına, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyinə, Azərbaycan Respublikası Audiovizual Şurasının Aparatına, Azərbaycan Kredit Bürosuna, İcbari Sığorta Bürosuna tövsiyə edilsin ki, altsistem formalaşdırıldıqdan sonra elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin etsinlər.

Mərkəzi icra hakimiyyəti orqanları 2023-cü il noyabrın 1-dək, yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər 2024-cü il avqustun 1-dək mövcud elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin etsinlər.

Elektron sənəd dövriyyəsi sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) altı ay müddətində elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması ilə bağlı tədbirlər görsünlər.

Dövlət orqanları (qurumları) bu Fərmanda nəzərdə tutulan tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi nəzərə alınmaqla həyata keçirsinlər.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

- dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə qoşulması üçün onları mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin;

- dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə inteqrasiyası üçün onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy versin;

- Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə altsistemin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görsün.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni vəzifələr tapşırılıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni vəzifələr tapşırılıb

01-08-2023
Dövlət qurumlarının “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminə qoşulması üçün yoxlamalar davam edir

Dövlət qurumlarının “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminə qoşulması üçün yoxlamalar davam edir

22-08-2024
Prezidentlə razılaşdırmaqla elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tariflər təsdiq ediləcək

Prezidentlə razılaşdırmaqla elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tariflər təsdiq ediləcək

04-09-2021
Dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmini gücləndiriləcək

Dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmini gücləndiriləcək

20-06-2012
Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013
NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

10-01-2023
“Dövlət orqanları arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” qanuna dəyişiklik edilib

“Dövlət orqanları arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” qanuna dəyişiklik edilib

17-06-2025
Bütün məhkəmələr Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya edilib

Bütün məhkəmələr Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya edilib

07-11-2024
“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023
Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır

Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır

22-01-2024
İcra Hakimiyyətlərində vahid elektron informasiya sistemi yaradılır

İcra Hakimiyyətlərində vahid elektron informasiya sistemi yaradılır

29-04-2015
Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014
AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023
Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib

Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib

16-03-2020
Azərbaycanda Hökumət Buludu yaradılır

Azərbaycanda Hökumət Buludu yaradılır

04-06-2019
“Elektron prokurorluq” informasiya sistemi yaradılacaq

“Elektron prokurorluq” informasiya sistemi yaradılacaq

08-05-2021
Rəqəmsal Sənəd Dövriyyəsi BMT-nin beynəlxalq mükafatında ölkəmizi təmsil edib

Rəqəmsal Sənəd Dövriyyəsi BMT-nin beynəlxalq mükafatında ölkəmizi təmsil edib

25-09-2024
Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

16-07-2016
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025
Prezident korrupsiyaya qarşı tədbirlər barədə yeni  Sərəncam imzaladı

Prezident korrupsiyaya qarşı tədbirlər barədə yeni Sərəncam imzaladı

04-04-2022
Təhsil müəssisələri arasında qarşılıqlı informasiya mübadiləsi necə qurulub?

Təhsil müəssisələri arasında qarşılıqlı informasiya mübadiləsi necə qurulub?

04-11-2015
Prezident innovativ inkişaf haqqında Sərəncam imzalayıb

Prezident innovativ inkişaf haqqında Sərəncam imzalayıb

10-01-2019
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07-03-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə