Previous Next
Bağla

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

02-03-2026 14:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

Prezident İlham Əliyev Milli Məclisin fevralın 20-də qəbul etdiyi "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Xeberler.az məlumat verir ki, yenilik dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq və operativliyin artırılması məqsədilə büdcə, mühasibat uçotu və dövlət satınalmaları üzrə proseslərin rəqəmsallaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, dövlət başçısının "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" 25 avqust 2025-ci il tarixli fərmanında Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin yaradılması müəyyənləşdirilib.

Həmin Fərmanla dövlət orqanlarının (qurumlarının), dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi, həmçinin dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təmin edilməsi və bu müqavilələrin elektron qaydada bağlanılmasının təşkil edilməsi barədə tapşırıqlar müəyyən edilib.

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən "Mühasibat uçotu haqqında" qanuna müvafiq dəyişiklik edilib və "e-mühasibat" informasiya sistemi ifadəsi "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi" ifadəsi ilə əvəz olunub.

Hazırda "e-mühasibat" informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulursa, təklif olunan qanun layihəsinə əsasən informasiya sisteminin funksionallığı artırılaraq mühasibat uçotunun aparılmasının, həmçinin maliyyə hesabatlarının (birləşdirilmiş maliyyə hesabatlarının) tərtib və təqdim edilməsinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin özündə həyata keçirilməsi təmin ediləcək.

"Dövlət satınalmaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən isə satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin ("Dövlət satınalmaları haqqında" qanununun şamil edildiyi satınalmalara dair müqavilələrin, habelə həmin Qanunun 3.2.1-ci, 3.2.4-cü, 3.2.8-ci, 3.4-cü və 3.8-ci maddələrində göstərilən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin) elektron qaydada –"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə bağlanılması, həmçinin bu proseslə bağlı bir sıra məsələlərin (aksept bildirişlərinin göndərilməsi, müddətlərin müəyyən olunması, tələb olunan məlumatları informasiya sisteminin portala ötürməsi və s.) tənzimlənməsi təmin ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026
“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

02-02-2026
“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

20-02-2026
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması yekunlaşır

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması yekunlaşır

06-11-2025
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

25-08-2025
“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

03-03-2025
“e-mühasibat” informasiya sistemi yaradılacaq

“e-mühasibat” informasiya sistemi yaradılacaq

22-01-2025
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminə dəyişiklik edilib

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminə dəyişiklik edilib

25-06-2026
e-mühasibat informasiya sistemi yaradılacaq

e-mühasibat informasiya sistemi yaradılacaq

14-02-2025
Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026
"e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

"e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-09-2025
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

26-01-2026
“e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb

“e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb

07-04-2026
“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

19-04-2025
Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

15-05-2026
Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

17-10-2023
Azərbaycanda elektron mühasibat uçotuna dair tələblər sərtləşdirilir

Azərbaycanda elektron mühasibat uçotuna dair tələblər sərtləşdirilir

13-10-2023
Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

10-04-2026
Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026
EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

11-01-2022
Mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edilib

Mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edilib

29-07-2025
Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq

Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq

22-01-2024
İri dövlət şirkətləri vahid məlumat bazasında birləşdirilir

İri dövlət şirkətləri vahid məlumat bazasında birləşdirilir

17-09-2019
İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq

İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq

00-00-0000





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə