Previous Next
Bağla

“SpaceX”in peykləri Azərbaycanda internet təchizatı həyata keçirə biləcək

09-05-2023 14:30
“SpaceX”in peykləri Azərbaycanda internet təchizatı həyata keçirə biləcək

Bu gün Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") ilə ABŞ-nin “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Xeberler.az verir ki, müqaviləni "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov, qarşı tərəfdən isə “Space X”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) imza atıb.

Müqaviləyə əsasən, "Azərkosmos" və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.

"Azərkosmos" tərəfindən ölkəmizdə artıq uğurla sınaqdan keçirilən “Starlink” peyk internet xidmətləri dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər tərəfindən istifadə oluna bilər.

"Azərkosmos"un İdarə heyətinin sədri Saməddin Əsədov Azərbaycanda “SpaceX” şirkəti kimi qlobal səviyyəli texnologiya bələdçisi ilə birgə fəaliyyət göstərməkdən məmnunluq ifadə edib.

“Starlink” internet xidmətlərinin tərəfdaşı olaraq ənənəvi və çox vaxt məhdud telekommunikasiya infrastrukturlarının yaratdığı maneələri aradan qaldırmaqla dənizdə və quruda qabaqcıl peyk texnologiyası xidmətlərimizi genişləndirəcəyik", - S. Əsədov bildirib.

Görüşdə “SpaceX” şirkətinin prezidenti və baş əməliyyat direktoru Qven Şotvel qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan və “SpaceX” arasında kosmik sahənin davamlı inkişafı istiqamətində mühüm addımdır. Xanım Şotvel Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresini qlobal müstəvidə önəmli bir təşəbbüs kimi qiymətləndirib və “SpaceX” şirkətinin Bakı Konqresində iştirak edəcəyini bildirib.

Qeyd edək ki, “Space X” şirkəti “Starlink” peyk şəbəkəsi ilə Yer kürəsinin hər bir nöqtəsini peyk interneti ilə təmin etməyi hədəfləyir. Şirkət peyklərin orbitə buraxılmasına 2018-ci ildən başlayıb və indiyədək 4000-dən çox peyk orbitə buraxıb. ABŞ-da istehsal olunan bu kiçikölçülü peyklərin çəkisi 230-260 kq-dır və istismar müddətinin 7 il olması ehtimal olunur. “Starlink” peyk şəbəkəsinə məxsus peyklər aşağı orbit sayılan Yer səthindən 540-570 km hündürlüyə qaldırılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SpaceX”ın prezidenti: “Starlink” internet xidməti Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək”

09-05-2023

“Starlink"in Azərbaycan üçün öncədən sifariş qiyməti açıqlanıb

15-05-2023

“Starlink” peyk xidmətlərinin Azərbaycanda nə vaxt aktivləşəcəyi məlum olub

18-05-2023

Azərbaycanın yeni peykləri orbitə “Falcon” raketləri ilə buraxıla bilər

09-05-2023

“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

09-05-2023

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb

29-03-2025

“SpaceX” 22 “Starlink” peykini orbitə çıxardı

16-09-2023

"SpaceX" ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?-RƏY

09-05-2023

“SpaceX” iki gün ərzində 52 ədəd “Starlink” peykini orbitə çıxarıb

26-09-2025

“Starlink” internet servisi bu tarixdən Azərbaycanda əlçatan olacaq

16-05-2022

"SpaceX" 29 ədəd "Starlink" mini peykini orbitə çıxarıb

19-01-2026

"SpaceX" orbitə 21 peyk göndərdi

04-09-2023

“SpaceX” “Starlink” internet peyklərinin 15-ci partiyasını orbitə buraxıb

11-05-2023

"SpaceX" internet peyklərinin yeni qrupunu orbitə çıxarıb

03-12-2025

“SpaceX” orbitə daha 26 internet peyki çıxarıb

13-05-2025

“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb

21-05-2025

“SpaceX” internet peyklərinin 200-cü qrupunu orbitə çıxarıb

31-10-2024

“SpaceX”in internet peyklərinin yeni qrupu orbitə çıxarılıb

12-11-2024

“SpaceX”ın 40 peyki sıradan çıxıb

10-02-2022

“SpaceX” kompaniyası daha 47 internet peykini orbitə çıxaracaq

22-06-2023

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

“SpaceX” orbitə daha 20 internet peyki çıxarıb

25-09-2024

Starlink və Azərbaycan peyk internetinin işə salınması barədə danışıqlar aparır

07-06-2023

ABŞ Elon Musk-ın bu ideyasını da rəsmən təsdiqlədi

31-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə