Previous Next
Bağla

"SpaceX" ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?-RƏY

09-05-2023 14:41
"SpaceX" ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?-RƏY
Məlumat verdiyimiz kimi, bu gün "Azərkosmos" ilə “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Müqaviləyə əsasən, "Azərkosmos" və "SpaceX" şirkəti arasında şirkətin Starlink peyk internet xidmətinin Azərbaycanda satışı üzrə razılıq əldə olunub.
 
"Xeyli müddət olardı ki, Azərbaycan ərazisi də Starlink peyklərinin əhatə dairəsinə daxil olmuşdu. Starlink internet xidməti yetərincə baha olduğundan güman ki, bu xidmət daha çox korporativ sektor, işğaldan azad olunan ərazilər və ənənəvi internet bağlantıların əlçatan olmadığı ərazilər üçün cəlbedici olacaq".
 
Xeberler.az bildirir ki, bu barədə məsələni şərh edərkən Azərbayan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.
 
O xatırladıb ki, müharibə şəraitində olan Ukrayna bu peyk operatorunun imkanlarından yetərincə bəhrələnmişdi.
 
"İstənilən halda, alternativ bir internet xidməti olaraq "Starlink"in ölkəmizə gəlişi yetərincə faydalıdır. Düşünmək olar ki, "Azərkosmos" bu əməkdaşlıq çərçivəsində yeni istehsal olunacaq peyklərin də "SpaceX" vasitəsilə orbitə qaldırılmasını nəzərdə tutub. Daha öncə də "Azərkosmos" rəhbərliyi belə bir əməkdaşlıq üzərində çalışdıqlarını bildirmişdi. Beləliklə də, Azərbaycanın yeni müşahidə peykinin İsrail tərəfindən istehsal olunacağını və "SpaceX" şirkəti tərəfindən orbitə qaldırılacağını gözləmək olar",-deyə ekspert vurğulayıb.
 
Onun sözlərinə görə, son illərin də təcrübəsi göstərir ki, əlçatanlıq, qiymətlərin sərfəli olması və daha müasir həllər baxımından "SpaceX" şirkəti ilə əməkdaşlıq əhəmiyyətlidir və doğru seçimdir:
 
"Beləliklə, bununla da ölkəmizdə internet xidməti göstərən provayderlərin sayı daha da artmış oldu. Hazırda 150-dən çox provayder Azərbaycan internet məkanında xidmət göstərir. Beləliklə, qeyd olunan müqavilənin reallaşması ilə bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə İlon Maskın da qatılacağını gözləmək olar. Gözləmək olar ki, peykimizin orbitə qaldırılması ilə bağlı SpaceX ilə anlaşmalar elə Konqres çərçivəsində imzalansın".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SpaceX”ın prezidenti: “Starlink” internet xidməti Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək”

09-05-2023

“SpaceX”in peykləri Azərbaycanda internet təchizatı həyata keçirə biləcək

09-05-2023

“SpaceX” “Starlink” internet peyklərinin 15-ci partiyasını orbitə buraxıb

11-05-2023

“Starlink” peyklərinin növbəti partiyası orbitə çıxarılacaq

25-08-2023

“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

09-05-2023

"SpaceX" orbitə 21 peyk göndərdi

04-09-2023

"SpaceX" 29 ədəd "Starlink" mini peykini orbitə çıxarıb

19-01-2026

“Starlink” internet servisi bu tarixdən Azərbaycanda əlçatan olacaq

16-05-2022

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb

29-03-2025

“SpaceX” 22 “Starlink” peykini orbitə çıxardı

16-09-2023

“Starlink” peyk xidmətlərinin Azərbaycanda nə vaxt aktivləşəcəyi məlum olub

18-05-2023

“SpaceX”in “Starlink”i 4 milyon müştəriyə çatdı

27-09-2024

“SpaceX” kompaniyası daha 47 internet peykini orbitə çıxaracaq

22-06-2023

“SpaceX” iki gün ərzində 52 ədəd “Starlink” peykini orbitə çıxarıb

26-09-2025

"SpaceX" internet peyklərinin yeni qrupunu orbitə çıxarıb

03-12-2025

Yeni müşahidə peykimizin istehsalçısı kim olacaq?-EKSPERT ŞƏRHİ

05-12-2022

“SpaceX” internet peyklərinin 200-cü qrupunu orbitə çıxarıb

31-10-2024

“SpaceX” 22 ədəd “Starlink” mini peykini orbitə çıxarıb

02-02-2025

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

“Starlink"in Azərbaycan üçün öncədən sifariş qiyməti açıqlanıb

15-05-2023

“Starlink” Qətərdə istifadəyə verilib

08-07-2025

“SpaceX”in internet peyklərinin yeni qrupu orbitə çıxarılıb

12-11-2024

“SpaceX” orbitə daha 26 internet peyki çıxarıb

13-05-2025

Növbəti "Starlink" internet peykləri orbitə çıxarılıb

30-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə