12 saat danışıq müddəti - bu artıq reallıqdır.

30-12-2008 / 09:11

  Bir zamanlar Philips şirkəti başqa mobil telefon istehsalçılarının məhsullarından fərqli olaraq daha çox enerji saxlaya bilən telefonlar istehsal etmişdi. İndi yenidən şirkət diqqət mərkəzindədir.

  Philips 12 saat danışıq müddətinə davam gətirən yeni mobil telefonu təqdim edir. İlk baxışdan bu elə də çox görünməyə bilər. Lakin bu rəqəm hazırda mövcud olan istənilən adi telefondan daha çox enerji saxlamaq qabiliyyəti deməkdir. Şəkildəki telefonun modeli X620-dir. Bu telefon Çin və Rusiya bazarı üçün nəzərdə tutulub. Lakin bu telefon tutumlu akkumulyatorundan başqa heç nəyi ilə "öyünə bilməz". Telefonun quruluşu kifayət qədər adidir. Hətta USB interfeysi köhnə 1.1 versiyadır. Telefonun dizaynı bir qədər diqqət cəlb edəndir. Telefonun arxasında 3.2 meqapiksellik kamera var. Komplektə isə microSDHC kart daxildir.

 

Xeberler.az/Anar


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.