Google Android bazasında ilk telefon

09-10-2008 / 14:09
Açıq kodlu Google Android əməliyyat sistemi bazasında ilk mobil telefonun qiyməti 199 ABŞ doları təşkil edəcək. Bu telefonun sentyabr ayının 23-də Nyu-Yorkda təqdim olunacağı gözlənilir.
Tayvanın HTC şirkəti tərəfindən istehsal olunacaq həmin telefonun ABŞ-da satışını Almaniyanın T-Modile mobil rabitə operatorunun Amerika bölməsi həyata keçirəcək, Cnews yazır.
Qeyd edək ki, iPhone 3G smartfonunun 8-QB versiyasının qiyməti $199 təşkil edir. Bu telefonun satışını isə ABŞ-ın AT&T operatoru həyata keçirir. Lakin iPhone 3G-ni əldə etmək üçün iki illik müqavilə imzalamaq lazımdır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə