Milyon dollarlıq telefon

31-08-2010 / 06:53

 Bundan əvvəl bir çox bahalı telefonlar satışa çıxarılıb. Amma maraqlısı odur ki, heç bir telefon bu qədər bahalı olmayıb. Bu sahədə olduqca yüksək təbəqəni hədəf seçən telefon istehsalçıları telefonların baha qiymətinə görə bir-birləri ilə qızğın yarışa giriblər. Ancaq "Gresso" adlı istehsalçı bu yarışa tamam başqa istiqamət verib. Belə ki, şirkət 1 milyon dollarlıq telefon hazırlayaraq hamının diqqət mərkəzinə düşüb.

Telefonun funksiyalarından ən diqqət çəkən ilk şey telefonun hazırlandığı materiallardır. Ən bahalı maddələri bir yerə gətirən "Gresso" telefonunda qara almazdan, saf qızıldan, almazla kəsilib formaya salınmış safir kristallardan istifadə edib. Bunlar da kifayət etməyib ki, telefona bir də 200 illik Afrikadan gələn qara ağacı da üzlük olaraq əlavə edib.

Sadəcə 3 ədəd istehsal olunan bu telefonu almaq istəyib də pulu çatmayanlar  üçün isə "Gresso" qara almazlar və safirlərin istifadə olunmadığı daha ucuz - 20 min dollarlıq bir modelini də hazırlayıb.

mənbə: qaynar.info


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə