2016-cı ildə rabitə sahəsi üzrə xərclər müəyyənləşib

14-09-2015 / 21:09

Növbəti ildə elm xərclərinə proqnozlaşdırılmış 131,7 milyon manat vəsait fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Xeberler.az bildirir ki, nəqliyyat və rabitə sahəsində xərclər 2016-cı il üçün 114,8 milyon manat təşkil edəcək. 2016-cı ildə dövlət büdcəsi xərclərinin 5364,4 mln. manatı və yaxud 33,0 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi "Azərbaycan Respublikasının 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatı"nda qeyd olunub. Təqdimatda bildirilib ki, 2016-cı il dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2 faizi həcmində olmaqla, 14566,0 mln. manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 4872,0 mln.manat və yaxud 25,1 faiz azdır. 

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.