Previous Next
Bağla

Azərkosmosun gəlirləri 34 faiz artıb

17-09-2018 17:14
Azərkosmosun gəlirləri 34 faiz artıb

2017-ci ildə “Azərkosmos” ASC-nin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 37 530,4 min manat, digər gəlirləri isə 450,4 min manat təşkil edib. Cəmiyyətin ümumi xərcləri isə 43054,8 min manat olub.

Xatırladaq ki, 2016-cı ildə Cəmiyyətin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 28 085,2 min manat, digər gəlirləri isə 1 410,2 min manat təşkil edib, ümumi xərcləri 31 180,2 min manat olub.

Peyk telekommunikasiya xidmətinin göstərilməsi üzrə xərclərinin tərkibində əsas xərcləri 2016-cı ildə 86,4%-i, 2017-ci ildə isə 86,0%-i borca görə faizlər və onunla bağlı xərclər, sığorta xərcləri, bank xidməti üzrə xərclər, amortizasiya xərcləri, əmək haqqı və ona üstəlik xərclər təşkil edib.

2017-ci ildə ümumi xərclərdə amortizasiya xərclərinin artımı "Azersky" layihəsi üzrə peykin yerüstü avadanlıqlarının istismara qəbul olunması və həmin avadanlıqlara 6467,8 min manat məbləğində amortizasiya hesablanması, faiz xərclərinin artımı isə buraxılmış borc qəbzi (notlar) üzrə beynəlxalq kredit təşkilatlarından cəlb edilmiş kredit vəsaitlərinə hesablanmış faiz xərcləri olub.

Cəmiyyət tərəfindən peyk rabitəsi kanallarının güzəşt dövrü ərzində 2016-cı ildə 4 xarici müştəriyə pulsuz verilməsinə görə 163 879,3 manat, 2017-ci ildə 12 xarici müştəriyə pulsuz verilməsinə görə 504 955,04 məbləğində xidmət haqqı üzrə olan debitor borcu (hesablanmış gəlirləri) faktiki olaraq alınmadığı halda 2016-2017-ci illərdə gəlirdən çıxılan xərclərə daxil edilib.

Xeberler.az Report-a istinadən bildirir ki, hesabatda bildirilir ki, “Azerspace-2” layihəsi üzrə yükün saxlanması, çeşidlənməsi, nəqliyyat vasitələrinə yüklənməsi, boşaldılması, gömrük broker xidməti üçün hesablanmış 14850,1 manat məbləğində vəsait  Vergi Məcəlləsinin 143-cü maddəsinin tələblərinə əsasən aktivlərin dəyərinə aid edilməli olduğu halda Cəmiyyət tərəfindən mühasibat uçotunda “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinib.

“Azerspace-2” layihəsi üzrə texniki və sığorta məsləhəti xidməti üçün 2016-cı il ərzində 396 277,61 manat məbləğində vəsait ödənilib və aktivlərin dəyərinə aid edilərək torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılmasına daxil edilməli olduğu halda “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinib.

Hesabatda qeyd olunub ki, “Azərkosmos” ASC zərərlə işlədiyi halda Fransanın Azərbaycandakı səfirliyinə sponsorluq xidmətinə görə 09.06.2016-cı il tarixində 1 655,62 manat məbləğində vəsait ödənilib, həmin ödəniş mühasibat uçotunda gələcəkdə yarana biləcək sərbəst mənfəət hesabına deyil “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərpoçt” yenidən mənfəətlə işləməyə başlayıb

“Azərpoçt” yenidən mənfəətlə işləməyə başlayıb

18-07-2023
Azərmarka ötən ili mənfəətlə başa vurub

Azərmarka ötən ili mənfəətlə başa vurub

11-07-2019
Azərmarka-nın zərəri 20 dəfə artıb

Azərmarka-nın zərəri 20 dəfə artıb

03-01-2019
"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

02-09-2025
Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

04-01-2019
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlir və xərcləri 4 dəfə artıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlir və xərcləri 4 dəfə artıb

20-05-2023
“AzInTelecom” maliyyə göstəricilərini açıqlayıb

“AzInTelecom” maliyyə göstəricilərini açıqlayıb

09-01-2025
Hesablama Palatası Fondun 2016-2017-ci illərdəki fəaliyyətini audit edib

Hesablama Palatası Fondun 2016-2017-ci illərdəki fəaliyyətini audit edib

19-10-2018
Nazirliyə məxsus QSC-nin zərəri 7 milyon manata yaxınlaşıb

Nazirliyə məxsus QSC-nin zərəri 7 milyon manata yaxınlaşıb

14-05-2019
Azərpoçt-un mənfəəti kəskin azalıb

Azərpoçt-un mənfəəti kəskin azalıb

27-12-2018
2016-cı ildə rabitə sahəsi üzrə xərclər müəyyənləşib

2016-cı ildə rabitə sahəsi üzrə xərclər müəyyənləşib

14-09-2015
Dövlət Radiotezliklər İdarəsinin xalis mənfəəti 81 faiz artıb

Dövlət Radiotezliklər İdarəsinin xalis mənfəəti 81 faiz artıb

11-07-2023
"Azərkosmos"un mənfəəti kəskin azalıb

"Azərkosmos"un mənfəəti kəskin azalıb

18-04-2023
Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

03-07-2018
Azərbaycanın aparıcı İT şirkəti ölkə xaricində 5,5 milyon manat gəlir əldə edib

Azərbaycanın aparıcı İT şirkəti ölkə xaricində 5,5 milyon manat gəlir əldə edib

30-08-2022
İnternet resurslarının reklam gəlirləri artıb

İnternet resurslarının reklam gəlirləri artıb

25-07-2019
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

02-09-2025
"Delta Telekom" 24 milyon manat xalis mənfəət əldə edib

"Delta Telekom" 24 milyon manat xalis mənfəət əldə edib

04-04-2023
İnnovasiyalar Agentliyi fəaliyyətinin ilk ilində zərərlə işləyib

İnnovasiyalar Agentliyi fəaliyyətinin ilk ilində zərərlə işləyib

22-02-2021
“Aztelekom”un xalis zərəri 2 dəfədən çox artıb

“Aztelekom”un xalis zərəri 2 dəfədən çox artıb

23-02-2024
"Bestcomp Group" 2024-cü ili 26 347 manat xalis mənfəətlə başa vurub

"Bestcomp Group" 2024-cü ili 26 347 manat xalis mənfəətlə başa vurub

08-11-2025
Azərkosmosun nizamnamə kapitalı kəskin artırılacaq

Azərkosmosun nizamnamə kapitalı kəskin artırılacaq

24-10-2018
Azercell Telecom ötən il 100 milyon manat xalis mənfəət əldə edib

Azercell Telecom ötən il 100 milyon manat xalis mənfəət əldə edib

28-03-2019
Azərbaycanın texnologiya şirkətinin satışları kəskin azalıb

Azərbaycanın texnologiya şirkətinin satışları kəskin azalıb

30-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə