360 dərəcə şəkil çəkən kamera

04-09-2015 / 13:21

Panoromik şəkil və ya 360 dərəcə şəkil çəkmək fotoqrafiya dünyası üçün həmişə əhəmiyyətli məsələ olub. Belə ki, artıq Panomo  ilə 360 dərəcə şəkil çəkmək mümkün olacaq. 

Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, yaxın günlərdə Panoma  satışa çıxarılacaq.

Panomo 36 kameranı özündə cəmləşdirən dairəvi topdur. Hər kamerası 3 meqapiksel  olan Panomo ümumilikdə 108 meqabaytlıq şəkillər çəkir.

Top formasında olan Panomo-nu havaya atırsınız və içindəki qəbul edicilərin köməyi ilə ən yüksək nöqtədə 360 dərəcə şəkil çəkir. Bu kamera ilə şəkil çəkməyin başqa yolu isə selfie çubuğuna bənzər alətlə mümkündür.

Panomo  16 GB yaddaşa sahibdir və 600 şəkil çəkmək mümkündür. Android və iOS tətbiqlərinin köməyi ilə kameranın yaddaşında olan şəkillərə baxmaq, elefonunuzu hansı tərəfə çevirsəniz 360 dərəcəlik şəklin o hissəsini görmək mümkündür.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə