İnsan baxışını izləyərək şəkil çəkən robot ixtira olunub.
AMEA-dan Xeberler.az-a bildirilib ki, sonuna fırça quraşdırılan avtomatlaşdırılmış manipulyator operatorun baxışı ilə idarə olunub, şəkil çəkmək imkanına malikdir.
Baxışın izlənməsi və emalı üçün nəzərdə tutulan avtomatlaşdırılmış kompleks və proqram təminatı doktor Aldo Feysalın başçılıq etdiyi London İmperiya kollecinin mühəndis komandası tərəfindən hazırlanıb.
Robotun imkanlarını nümayiş etdirmək məqsədilə sadə bir şəkil çəkilib. İncəsənət əsərlərindən uzaq olsa da, bu şəkil adıçəkilən texnologiyanın olduqca böyük perspektivlərə sahib olması barədə məlumat verir.
Bu robotun istehsalı fiziki imkanları məhdud olan insanlar üçün köməkçi mexanizmlərin və maşınların yaradılması sahəsində ümidverici perspektivlərə malikdir. Məişət texnikasının klaviatura vasitəsilə komanda qəbul etməyilə yanaşı, istifadəçinin baxışına reaksiya verərək idarə olunması da bu sistemin tətbiqi nəticəsində əhəmiyyətli dərəcədə yüngülləşəcək.
Əldə edilmiş işləmələrdən istifadə nəticəsində ətraf mühitdə baş verən dəyişiklərə dərhal reaksiya verən süni intellekt sistemlərinin yaradılması mümkün olacaq. Məlumatların daxil edilməsi qurğularının idarəetmə zəncirindən çıxarılması komandaların ötürülməsini sürətləndirməklə yanaşı, onların təsadüfi və ya qəsdən təhrifinin də qarşısını alacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri