ASAN xidmət mərkəzlərində işləmək istəyən vətəndaşların nəzərinə

08-05-2019 / 17:29

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, 2019-cu il ərzində Bakı şəhərində və bölgələrdə, ümumilikdə 6 yeni “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.

Xeberler.az bildirir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən, yeni açılacaq Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Balakən və 6 saylı Bakı “ASAN xidmət” mərkəzlərində olan vakant inzibati vəzifələr üzrə elan yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Dövlət Agentliyinin ( www.vxsida.gov.az  ) internet saytlarında yerləşdiriləcək. Elan olunacaq vakant inzibati vəzifələrə sertifikatı olan, vəzifənin tutulma şərtlərinə uyğun olan vətəndaşlar müraciət edə bilərlər. Müsahibəyə hazırlaşarkən Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilən müsahibə proqramından istifadə olunması tövsiyə edilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.