AtaBank-dan yeni xidmət kanalı aktiv olundu

21-10-2015 / 10:25

AtaBank ASC-dən yeni xidmət kanalı aktiv olunub.

Bankdan Xeberler.az-a verilən məlumata görə, artıq AtaBank-dan təqdim olunan onlayn məsləhətçi vasitəsi ilə istənilən sual, məsələ, təklif və rəylərinizlə bağlı fikirlərinizi yönəldə bilərsiniz.

Bu, bankın məhsul və xidmətləri haqqında ümumi məlumat ala biləcəyiniz bir xidmət kanalıdır. Xidmətdən yararlanmaq üçün hər hansı bir proqramdan istifadəyə də ehtiyac yoxdur. Bankın iş rejiminə uyğun olaraq bu xidmət hər kəsə açıqdır.

Bunun üçün hər hansı bir məbləğ ödəmirsiniz, yerinizi dəyişmirsiniz və növbə üçün gözləməli olmursunuz.

AtaBank-ın onlayn məsləhətdən yararlanmaq üçün sadəcə bankın www.atabank.com saytında müvafiq pəncərədə adınızı qeyd etməlisiniz.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 136 Məlumat Mərkəzinə zəng edə, www.atabank.com saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/atabank daxil ola bilərsiniz.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.