Azərbaycanda elektron ticarətin həcmi artıb

19-04-2017 / 10:02

Dövlət Statistika Komitəsi bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələrinin  göstərdiyi xidmət üzrə statistikanı açıqlayıb.

Xeberler.az Komitəyə istinadən məlumat verir ki, müəssisələr 391,7 milyon. manatlıq xidmət göstərib.

Məlumatda qeyd edilir ki, 2016-cı ilin  eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri  5,1 faiz artıb. Bu sahədə əldə edilən gəlirin 80,5 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,5 faizi  (189,9 milyon manat) mobil telefon rabitəsi sahəsində formalaşıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına sərf edilib.

Azərbaycanda elektron ticarət bazarının da  həcmi 2017-ci ilin yanvar-mart aylarında 10,1 milyon manat təşkil edib.

Ötən  dövr ilə  müqayisədə pərakəndə elektron ticarətin ümumi həcmi 1,7 dəfə artıb.

Hesabatda qeyd olunur ki, bu ilin birinci rübündə pərakəndə ticarət dövriyyəsi 7,9 milyard manat təşkil edib ki, bu da 2016-cı ilin bu dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.