Azərbaycanda informasiya təhlükəsizliyi üzrə yeni xidmət istifadəyə verilib

04-08-2015 / 11:44

Azərbaycan Respublikasi Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT) Malware Lab informasiya təhlükəsizliyi üzrə yeni onlayn xidmət istifadəyə verib.

Bu barədə Xeberler.az-a CERT-dən məlumat verilib.  

Qeyd edilib ki, Malware Lab-ın yeni xidməti istifadəçilərə zərərverici kodları, şübhəli faylları analizə göndərmək, həmçinin kompüterə icazəsiz girişi müəyyənləşdirmək imkanı verir.

Malware Lab özündə bir sıra funksionallıqları cəmləyən proqram təminatları ilə istifadəçilərə xidmət edəcək. Belə ki, xidmətin birinci hissəsi zərərverici kodların analizi sahəsində professional məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətlərini istifadəyə vermək olacaqsa, ikinci hissədə sadə istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multi-funksional (virus aşkarlama motoru-antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama –malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz proqramından ibarət olacaq.

CERT-dən verilən məlumata əsasən, CERT-in 4 e-xidməti artıq istifadəçilərin ixtiyarına verilib: “Şifrələrin onlayn generatoru”, “Parolun təhlükəsizliyi”, “Mənim IP-ünvanım” və “Virusa yoluxmuş IP”. Perspektivdə “Virtual test” adlı daha bir e-xidmətin işə buraxılması nəzərdə tutulur.

Onlayn test zamanı yüksək bal toplamış iştirakçılar təcrübə keçmək və daimi iş ilə təmin olunmaq üçün CERT-ə müraciət edə bilərlər.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.