Azərbaycanda sosial şəbəkədən istifadə edənlərin sayı artıb

05-10-2015 / 10:00

Azərbaycanda Twitter sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-sentyabr aylarında 66,7 faiz artıb.

Xeberler.az-a bu barədə Global Stats statistika mərkəzindən məlumat verilib.

Twitter-in Azərbaycan bazarında sentyabrın sonuna olan payı 9,3 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,3 dəfə çoxdur.

2015-ci ilin ilk 9 ayının yekununa görə, Facebook-un istifadəçi auditoriyasında 7,8 faizlik azalma qeydə alınıb. Azərbaycanda sosial şəbəkələr arasında populyarlığına görə birinci yerdə olan Facebook-un oktyabrın 1-nə olan ölkədəki bazar payı 80,8 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13,7 faiz azdır.

2,63 faizlik payla üçüncü yerdə Pinterest qərarlaşıb. Daha sonra Tumblr (2,22 faiz), Reddit (1,32 faiz), Google+ (1,1 faiz), Vkontakte (0,98 faiz) və başqaları gəlir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.