Azərbaycanın sərhəd xəttində “Azərsky” peykindən istifadə ediləcək

13-03-2015 / 18:00

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Dövlət Sərhəd Xidməti (DSX) arasında memorandum imzalanıb.

Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, bu gün Dövlət Sərhəd Xidmət Aparatında Xidmətin rəisi general-polkovnik Elçin Quliyev və Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov tərəfindən dövlət sərhədlərinin mühafizəsində yüksək texnologiyaların səmərəli tətbiqi imkanları geniş müzakirə olunub və bu sahədə gələcək əməkdaşlıq münasibətlərini müəyyən edən qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, Kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradılıb.

Memoranduma əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək texnologiyalardan, o cümlədən “Azərsky” peykinin imkanlarından geniş istifadə ediləcək.

Memorandum çərçivəsində DSX Akademiyasının “Uçuş mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlarının rabitə və yüksək texnologiyalar sahəsində təcrübə keçmələrinin təşkili də nəzərdə tutulub.

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.