Previous Next
Bağla

Xəzərdə hərəkət edən bütün obyektlər radarlarla müşahidə edilir

18-08-2018 11:26
Xəzərdə hərəkət edən bütün obyektlər radarlarla müşahidə edilir

Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.

Xeberler.az  Trend-ə istinadən məlumat verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

E.Quliyev qeyd edib ki, son illərdə Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi, ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə qazanılan uğurlardandır. Təlimlərdə ən müasir döyüş texnikasından istifadə, raket buraxılışları, zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları müvəffəqiyyətlə həyata keçirilir: "Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Keçirilən taktiki təlimlərin əsas məqsədlərindən biri də məhz yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılması, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi vərdişlərinin mükəmməlləşdirilməsidir. Bununla yanaşı, ölkəmizin MDB-də telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə bərabər, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradıb".

General-polkovnik bildirib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzi-ndə inşa olunaraq döyüş sıralarına daxil edilən sərhəd gözətçi gəmiləri mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik olmaqla mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş, göyərtəsinə helikopterin enməsi mümkün olan yeni gəmilərdən dövlət sərhədlərinin mühafizəsi, sərhəd boyu rejimin təmin olunması, neft-qaz ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı uğurla istifadə edilir.

E.Quliyev əlavə edib ki, dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin özünün gəmi inşa etməsi bir neçə il öncə mümkünsüz görünsə də, artıq günümüzün reallığıdır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dəniz sərhədlərinin mühafizəsi sistemində əsaslı islahatlar keçirildi. Belə ki, dövlət başçısının 18 fevral 2005-ci il tarixli sərəncamı ilə DSX-nin Sahil Mühafizəsi yaradıldı. 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası istifadəyə verildi. Xızı, Astara, Lənkəran, Türkan, Yalama, Neftçala texniki-müşahidə məntəqələrində xidmətin təşkili və aparılması təmin olundu, Astara şəhərində müasir tələblərə cavab verən Cənub katerlər divizionu yaradıldı. Hazırda Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Xəzər dənizində nəzarət imkanlarının artırılması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan işlər davam etdirilir".

DSX rəisi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2014-cü ilin iyul ayının 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzi-nin açılışını etməsi, 2015-2018-ci illərdə beş dəfə həmin mərkəzdə inşası yekunlaşmış sərhəd gözətçi gəmiləri və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla, xüsusi texnika ilə tanış olması dəniz sərhədlərimizin mühafizəsinə göstərilən ali diqqət və qayğının təzahürüdür.(Trend)

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət Sərhəd Xidmətində elektron informasiya sistemi yaradılır

Dövlət Sərhəd Xidmətində elektron informasiya sistemi yaradılır

18-08-2015
Azərbaycanın sərhəd xəttində “Azərsky” peykindən istifadə ediləcək

Azərbaycanın sərhəd xəttində “Azərsky” peykindən istifadə ediləcək

13-03-2015
Dövlət sərhədlərinin mühafizəsində İKT-dən geniş istifadə olunur

Dövlət sərhədlərinin mühafizəsində İKT-dən geniş istifadə olunur

27-12-2015
Dövlər Sərhəd Xidmətinin saytı yaradıldı

Dövlər Sərhəd Xidmətinin saytı yaradıldı

13-04-2012
Elçin Quliyev Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb

Elçin Quliyev Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb

06-10-2023
Ekspert: Buraxılış məntəqəsində, bir pəncərə deyil, iki pəncərə var

Ekspert: Buraxılış məntəqəsində, bir pəncərə deyil, iki pəncərə var

11-06-2019
Sərhəd-keçid məntəqələrində ciddi islahatlar olacaqmı ?

Sərhəd-keçid məntəqələrində ciddi islahatlar olacaqmı ?

06-09-2019
Dövlət Xidmətində Peşə Bayramı münasibətilə tədbir keçirilib

Dövlət Xidmətində Peşə Bayramı münasibətilə tədbir keçirilib

26-09-2025
Dövlət Xidmətinin baş idarə rəisinə ali hərbi rütbə verilib

Dövlət Xidmətinin baş idarə rəisinə ali hərbi rütbə verilib

30-09-2025
Xüsusi təyinatlı telekommunikasiya şəbəkələri yaradıla bilər

Xüsusi təyinatlı telekommunikasiya şəbəkələri yaradıla bilər

30-12-2023
Dənizçi sənədlərinin rəqəmsal formada verilməsinə başlanılıb

Dənizçi sənədlərinin rəqəmsal formada verilməsinə başlanılıb

18-11-2025
Hərbiyyə hərbi-vətənpərvərlik düşərgəsi davam edir

Hərbiyyə hərbi-vətənpərvərlik düşərgəsi davam edir

23-07-2018
XRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

XRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

22-07-2025
DGK və DSX generallarının görüşü nəticə veribmi?

DGK və DSX generallarının görüşü nəticə veribmi?

03-07-2019
“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq

“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq

31-12-2021
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edilib

24-08-2024
Dövlət Sərhəd Xidmətinə aid markalar dövriyyəyə buraxılıb

Dövlət Sərhəd Xidmətinə aid markalar dövriyyəyə buraxılıb

22-08-2019
“Dövlət icbari şəxsi sığorta” altsisteminin hazırlanması işləri yekunlaşmaq üzrədir

“Dövlət icbari şəxsi sığorta” altsisteminin hazırlanması işləri yekunlaşmaq üzrədir

04-04-2022
Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib

Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib

16-03-2020
Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunub

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunub

30-05-2025
Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

30-08-2019
Kərim Vəliyevdən rabitə vasitələri və informasiya texnologiyaları ilə bağlı tapşırıq

Kərim Vəliyevdən rabitə vasitələri və informasiya texnologiyaları ilə bağlı tapşırıq

27-11-2023
Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

26-06-2025
Dövlət Xidmətində 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Dövlət Xidmətində 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

26-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə