Yüksək Texnologiyalar Parkı və Rusiyanın“Protechservice” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Xeberler.az məlumat verir ki, Yüksək Texnologiyalar Parkı (YTP) və Rusiyanın “Protechservice” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında birgə əməkdaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və “Protechservice” MMC-nin baş direktoru Yevgeni Sarojinski tərəfindən imzalanıb.
Gələcək tədqiqatlar üçün əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsini nəzərdə tutan sənəd maliyyə, insan, texniki və digər resurslardan səmərəli istifadə olunması, elmi-tədqiqat və innovasiyaların inkişafı, eləcə də innovativ texnologiyaların kommersiyalaşdırılmasının sürətləndirilməsi məqsədi daşıyır.
Memorandum çərçivəsində strateji əməkdaşlıq üçün qarşılıqlı razılaşmalar və təlimatların müəyyən edilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, dəqiq və texniki elmlər sahəsində tədqiqatların aparılmasında yaxından iştirak edən “Protechservice” MMC məlumat bazalarının və informasiya ehtiyatlarının yaradılması və istifadəsi, kompüter texnologiyaları sahəsində konsultativ fəaliyyət, proqram təminatının işlənilməsi ilə məşğul olur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri