Azərbaycanın və Türkiyənin internet resurslarına hücum oluna bilər

22-04-2015 / 21:39

Erməni haker qruplaşmaları Azərbaycanın və Türkiyənin informasiya resurslarına genişmiqyaslı hücuma hazırlaşırlar. Bunu Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzindən (CERT) deyiblər.

Hakerlərin hücumu məqsədyönlü olacaq və qondarma “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunacaq.

CERT-dən qeyd ediblər ki, mərkəzin apardığı monitorinq nəticəsində erməni hakerlərin Azərbaycanın və Türkiyənin internet resurslarına qarşı genişmiqyaslı hücumunun aprelin 23-24-nə təsadüf edəcəyi məlum olub: “Dövlət və özəl sektorun resurslarına hücumlar məqsədyönlü xarakter daşıyacaq”.

Bununla əlaqədar CERT haker hücumlarına görə informasiya sistemlərinin təhlükəsizliyi üzrə tədbirlərin gücləndirilməsi barədə xəbərdarlıq edir.(trend)

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.