Previous Next
Bağla

Milli İnternet resurslarımıza hücumlar artacaq

23-04-2015 11:06
Milli İnternet resurslarımıza hücumlar artacaq

“Bu günlərdə milli İnternet resurslarımızın təhlükəsizliyi daha da artırılmalıdır. Daha ciddi təhlükəsizlik tədbirləri görülməlidir .Çünki xeyli müddətdir ki, qlobal şəbəkədə erməni hakerləri tərəfindən qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə bağlı milli İnternet resurslarımıza hücumların olacağı haqqında mesajlar verilir. Artıq müvafiq dövlət qurumları da bu haqda xəbərdarlıq veriblər”.

Bunu Xəbərlər-ə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

Osman Gündüz qarşıdan gələn Bakı 2015 Avropa Oyunları ilə bağlı haker hücumlarının daha da  intensiv və sistemli ola biləcəyini də vurğulayıb. O, xüsusilə də populyar İnternet media qurumlarına, əhəmiyyətli dövlət İnternet resurslarına, Bakı 2015 Avropa oyunları ilə bağlı resurslara hücumların daha çox ola biləcəyini istisna etməyib.

Osman Gündüz milli İnternet resursların təhlükəsizliyinin qorunması üçün ilk növbədə İnternet resurs sahiblərinin daha ciddi  tədbirlər görməli olduğunu diqqətə çatdırıb. O, İnternet resursların fəaliyyətinin bu günlərdə monitorinq olunmasının, mütəxəssislərlə əlaqələrin gücləndirilməsinin, resursun fəaliyyəti ilə bağlı növbətçilik təmin olunmasının, İnternet  media qurumlarının  trafikinin nəzarətdə saxlanılmasının da zəruri olduğunu bildirib. Bu günlərdə resursun dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün imkanlar səfərbər olmalıdır. 

Osman Gündüz qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü və xüsusilə də Bakı 2015  Avropa Oyunları ilə bağlı gözlənilən kiber hücumları nəzərə alaraq RYTN yanında Elektron Təhlükəsizlik Mərkəzinin, XDMX İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin və Delta Telekom Data Mərkəzinin də daha aktiv fəaliyyətinə, vətəndaşlar və qurumlar üçün daha əlçatan olmasına ehtiyac yarandığını bidirib.

Xəbərlər adı çəkilən qurumların əlaqə vasitələrini bir daha diqqətə çatdırır :

RYTN yannda Elektron Təhlükəsizlik Mərkəzi (Qaynar xətt: 1654)

XDMX İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi , Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi, CERT

Delta Telekom Data Mərkəzi  (+994 12 431 14 20; (daxili)107;
mobil: 050-203-12-95) 

 

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan İnternet Forumunun açıqlaması

04-08-2014

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015

Azərbaycanın və Türkiyənin internet resurslarına hücum oluna bilər

22-04-2015

Osman Gündüz : Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

14-01-2015

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015

Avropa Oyunları ərəfəsində İnternet pulsuz olacaqmı?- Açıqlama

08-05-2015

Oyunların kibertəhlükəsizliyinə ciddi nəzarət olunur

16-06-2015

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriIəcək.

17-01-2014

Saytlara edilən haker hücumu hansı qurum araşdırmalıdır?

17-01-2018

Bugünkü kibertəhlükəsizlik ilə bağlı konfrans başa çatdı

13-04-2015

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014

Avropa Oyunları zamanı kiberhücumlara qarşı qorunma sistemi yaradılıb

30-05-2015

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015

Milli informasiya resursları ələ keçirilib

03-03-2023

AİF İT mütəxəssislərə və internet istifadəçilərinə müraciət edib

05-04-2016

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021

Azercell-dən açıqlama

06-08-2022

Avropa Oyunlarında BULUD texnologiyalarından istifadə edilib

12-06-2015

Erməni hakerlərin hücumu gözlənilir- Xəbərdarlıq

20-09-2016

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

19-03-2019

Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

09-11-2012

İslamiadanın kibertəhlükəsizliyini hansı qurumlar qoruyur?

16-05-2017

CERT-in rəsmi saytı yeniləndi

16-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə