Azercell telekommunikasiya sahəsinə 1 milyarddan çox yatırım edib

22-02-2017 / 14:36

"Azercell ötən il ölkədə telekommunikasiyanın inkişafına təqribən 31 milyon 16 min yatırım edib”

Xeberler.az-ın məlumatına görə, bunu şirkətin prezidenti Vahid Mürsəliyev şirkətin fəaliyyət ilə bağlı keçirilən konfransda deyib.

O, əlavə edib ki, Azercell ölkədə fəaliyyət göstərdiyi 20 il ərzində 1 milyard 443 milyon dollar sərmayə yatırıb.

Vahid Mürsəliyevin məlumatına görə Azercell ötən il dövlət büdcəsinə təqribən 175, 1 milyon manat, 20 il ərzində isə 1 milyard 458, 2 milyon manat vəsait ödəyib:

“Ötən il şirkət ödəmələrinin büdcə çəkisi təqribən respublika büdcəsindəki ümumi ödənişlərin 2. 3 faizini, qeyri-neft sektoru üzrə ödənişlərin 2. 9 faizini təşkil edib".

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.