“Azercell telekommunikasiyanın inkişafına 68 milyon manat vəsait ayırıb”

24-02-2016 / 11:13

“ Bu gün Azercell-in 4.5 milyon istifadəçisi var. Azercell mobil operatorlar bazarın 48 faizinə nəzarət edir”.

Xeberler.az –ın məlumatına görə, bu barədə Azercell-in prezidenti Vahid Mürsəliyev bu gün 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, Azercell ötən il dövlət büdcəsinə 123 milyon vergi ödəyib.

Şirkət prezidenti qeyd edib ki,  Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1.51 faiz təşkil edir.

Vahid Mürsəliyev deyib ki,  şirkət ötən il telekommunikasiya bazarının inkişafına təqribən 68 milyon manat vəsait ayırıb.

O qeyd edib  ki, ötən il 447 şirkət Azercell-ə qoşulub.

Azercell şəbəkəsi üzərindən  ötürülən məlumatların həcmi 2014-cü ilə nisbətən 35 faiz artıb.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə