Azercell yeni kampaniyaya başlatdı

13-07-2018 / 12:34

Xeberler.az bildiriri ki, mobil internetdən istifadəni rahatlaşdırmaq və yeni nəsil mobil texnologiyalarını bütün abunəçiləri üçün əlçatımlı etmək məqsədilə Azercell Telekom yeni 4G/3G MiFi3G USB modem kampaniyasını təqdim edir. 

Belə ki, abunəçilər Azercell-in təqdim etdiyi yüksək sürətli mobil internetdən daha sərfəli şəkildə yararlana biləcəklər. Yeni kampaniyanın şərtlərinə əsasən 13 iyul tarixindən etibarən abunəçilər Azercell Eksklüziv Mağazaları, Azercell Müştəri Xidmətləri Ofisləri və yaxud Azercell-in rəsmi diler dükanlarına yaxınlaşıb aşağıdakı cihazlardan birini əldə edərsə, xərclədiyi məbləğ tam şəkildə onun nömrə balansına geri qaytarılacaq.

Qeyd edək ki, cihazların sayi məhduddur. Həmçinin Azercell-in təqdim etdiyi aylıq LİMİTSİZ, 30GB=20AZN və ya 10GB=12AZN internet paketlərindən yararlana biləcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.