Azercell Telekom öz abunəçilərini yeniliklərlə sevindirməkdə davam edir.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, sentyabrın 30-u Azercell-in bütün abunəçiləri üçün yeni inanilmaz fürsət təqdim olunub.
Beləliklə, yüksək sürətli mobil internetdən istifadəni mümkün edən smartfonları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, Azercell növbəti sərfəli iPhone kampaniyasını abunəçilərinin ixtiyarına verdi.
Güzəştli şərtlərlə iPhone 6S telefonuna sahib olmaq istəyən abunəçilər ayda cəmi 99 AZN ödəməklə ən müasir smartfon cihazı və Hədsiz Internet paketini əldə edirlər. Qeyd edək ki, həmin aylıq məbləğ daxilində abunəçilər 30GB həcmində mobil internet əldə edəcək və 100 mb/s sürətədək Azercell 4G xidmətinin üstünlüklərindən faydalana biləcəklər.
Kampaniyaya qoşulmaq üçün abunəçilər paytaxt və bölgələrdə yerləşən Azercell Müştəri Xidmətləri, Ekspres Ofisləri, eləcə də, Azercell-in rəsmi diler dükanlarına müraciət edə bilərlər.
Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməyə davam edəcək.
şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri