Bakcell internetdən limitsiz istifadə imkanı yaradır

14-06-2018 / 16:52

Yeni aylıq paketlər gənc istifadəçilərə qiqabaytlarla internet və sosial şəbəkələrdən limitsiz istifadə imkanı verir. Bakcell xüsusi olaraq gənc abunəçilər üçün yaradılmış tam yeni DaimOnline tariflərini təqdim edib.

Xeberler.az bildirir ki, gənclər bir-biri ilə ünsiyyətdə olarkən daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verirlər. Bunu nəzərə alaraq, Bakcell şirkəti yeni DaimOnline paketlərini təklif edir. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz WhatsApp, Facebook və Instagram istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlanacaqlar.


DaimOnline 6 tarifi çərçivəsində ayda sadəcə 6 AZN müqabilində 2 Gb İnternet trafiki və 50 şəbəkədaxili dəqiqə təqdim edilir. Bu tarifin əsas özəlliyi ondan ibarətdir ki, abunəçilər tamamilə limitsiz olaraq WhatsApp-dan istifadə edəcəklər. Limitsiz WhatsApp-a təkcə mətn deyil, hətta zənglər, şəkillərin, videoların və səs yazılarının göndərilməsi və yüklənməsi da daxildir.

Sosial şəbəkələrdən daha çox istifadə edən gənclər isə DaimOnline 10 və DaimOnline 20 tariflərinə üstünlük verəcəklər. Belə ki, qeyd olunan tariflərdə WhatsApp, Facebook və Instagram istifadəsi tam olaraq limitsizdir! Bu tariflərin istifadəçiləri internet trafikin həcmini fikirləşmədən şəkilləri və videoları paylaşmaq, izləmək və həmin sosial şəbəkələrin bütün digər funksiyalardan istədikləri qədər istifadə edə bilərlər. Bundan əlavə DaimOnline 10 (aylıq abunə haqqı 10 AZN) abunəçiləri ayda 5 Gb İnternet və 200 şəbəkədaxili dəqiqə, DaimOnline 20
(aylıq abunə haqqı 20 AZN) abunəçiləri isə ayda 20 Gb internet və 400 şəbəkədaxili dəqiqə qazanırlar.

Azərbaycanın telekommunikasiya bazarında ən innovativ mobil operator olaraq, Bakcell bütün müştəri seqmetlərinin ehtiyac və tələblərini öyrənmək üçün daim bazar araşdırmaları həyata keçirir. Limitsiz WhatsApp, Facebook və Instagram imkanı təqdim edən yeni DaimOnline tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc müştəriləri istədikləri qədər çeviklik və limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daima onlayn olacaqlar.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.

Bakcell şirkətinin yeni DaimOnline tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil ola bilərsiniz.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.