Previous Next
Bağla

Bakcelldən maraqlı aksiya və onlayn müsabiqə

26-09-2018 10:14
Bakcelldən maraqlı aksiya və onlayn müsabiqə

Bakcell şirkəti özünün yeni “DaimOnline” tarif paketlərini abunəçilərinə tanıtmaq məqsədilə maraqlı aksiya və onlayn müsabiqə təşkil edib.

Xeberler.az  bildirir ki, aksiya çərçivəsində Bakının mərkəzində - “Fəvvarələr Meydanı”nda xüsusi “DaimOnline” çadırı quraraq qonaqlara “Foto monitor” və “İnsta Print” kimi əyləncələrdə iştirak edib maraqlı hədiyyələrə sahib olmaq imkanı verilir. Stendin ziyarətçiləri burada həmçinin yeni “DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə edə bilərlər.

Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər. Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib.

Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər. Bundan əlavə, Bakcell özünün rəsmi “Instagram” və “Facebook” səhifələrində onlayn müsabiqə keçirir. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar yuxarıda qeyd olunan sosial şəbəkələrdə “Bakcell”in səhifəsinə abunə olmalı və “Fəvvarələr Meydanı”nda quraşdırılmış xüsusi “DaimOnline” çadırının yanında şəkil çəkdirib

#DaimOnlineBakcell həşteqi ilə paylaşmalıdır. Müsabiqədə I, IIi və III yer tutan iştirakçılara “Bakcell”dən müvafiq olaraq 300 AZN, 200 AZN və 100 AZN dəyərində hədiyyə kartları təqdim ediləcək. Qeyd edək ki, müsabiqədə yalnız Bakcell abunəçiləri iştirak edə bilər. Biznes və ya bağlı sosial şəbəkə profilinə malik olan istifadəçilərə hədiyyə təqdim olunmur. Sözügedən aksiya 28.09.2018-ci il tarixinə qədər davam edəcək, onlayn müsabiqə isə 27.09.2018-ci il tarixində saat 23:59-da bitəcək. Qaliblər “random.org” saytı vasitəsilə müəyyən ediləcək və 01.10.2018-cil tarixində “Bakcell”in “Instagram” və “Facebook” səhifələrində elan olunacaq. Dəyərli hədiyyə qazanmaq istəyirsinizsə, “Fəvvarələr Meydanı”na tələsin, Bakcell stendində şəkil çəkdirib müsabiqəyə qatılmağa hələ də vaxt var.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-dən universitet tələbələri üçün maraqlı aksiya

01-12-2018

DaimOnline kampaniyası daha iki universitetdə

13-12-2018

Bakcell internetdən limitsiz istifadə imkanı yaradır

14-06-2018

Bakcell-dən İnstagram istifadəçiləri üçün maraqlı müsabiqə

30-07-2018

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

14-12-2018

Bakcell rouminqdə WhatsApp-i pulsuz etdi

29-05-2018

Bakcell-in bu tarifi limitsiz oldu

18-05-2018

Bakcell abunəçiləri üçün daha bir yenilik edib

22-09-2016

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

26-12-2018

Bakcell limitsiz internet paketlərini təqdim edib

14-10-2016

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

25-02-2021

Bakcell-in yeni CİN tarifləri

07-05-2018

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı

19-12-2018

“Bakcell”dən eksklüziv təkliflə smartfon al

19-07-2024

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Bakcell-dən yeni limitsiz internet paketi

16-06-2017

Bakcell yeni ödəmə kartlarını təqdim edir

18-08-2015

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!

19-03-2025

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-dən abunəçilərinə Yeni il hədiyyəsi

04-12-2015

Bakcell-dən sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqə

30-11-2018

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

09-12-2025

Bakcell abunəçiləri Instagram-dan pulsuz istifadə edəcək

03-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə