Previous Next
Bağla

Bakcell rouminqdə WhatsApp-i pulsuz etdi

29-05-2018 18:52
Bakcell rouminqdə WhatsApp-i pulsuz etdi

Xeberler.az-ın məlumatına görə, Bakcell şirkəti rouminq xidmətlərini abunəçilərə daha əlçatan və sərfəli etmək məqsədilə yeni rouminq paketlərini təqdim edib. Yeni paketlər sayəsində müştərilər xarici ölkələrə səyahət edərkən öz ailə üzvləri və yaxınları ilə ünsiyyətdə qala biləcəklər.
Bakcell-in yeni Rouminqdə İnternet paketləri səyahət zamanı internetdən çox istifadə edən müştərilərin ürəyincə olacaq. Belə ki, Türkiyə, Gürcüstan, Rusiya, Almaniya və s. kimi 40-dan çox ölkədə təqdim olunan bu paketlər sayəsində Wi-Fi axtarmağa və ya yerli operatorun SİM kartını almağa ehtiyac qalmayacaq. Bakcell abunəçiləri gündəlik, həftəlik və ya aylıq Rouminqdə İnternet paketlərindən birini əldə edib öz səyahət təəssüratlarını Facebook, İnstagram və digər sosial şəbəkələrdə istədikləri qədər paylaşa biləcəklər. Bundan əlavə, Rouminqdə İnternet paketlərin istifadəçiləri WhatsApp-dan tam olaraq pulsuz istifadə edəcəklər (mətn və zənglər üçün):

Gündəlik - 100 MB + Pulsuz WhatsApp - 3 AZN

Həftəlik - 1000 MB + Pulsuz WhatsApp - 20 AZN

Aylıq - 2000 MB + Pulsuz WhatsApp - 30 AZN

Bakcell-in yeni gündəlik, həftəlik və aylıq Rouminqdə hamısı daxil paketləri isə xaricdə olarkən bol meqabaytlar, çoxlu dəqiqə və SMS-lər sayəsində sərfəli qiymətə tam ünsiyyət sərbəstliyini təmin edir:

Gündəlik Rouminqdə hamısı daxil - 100 MB +10 dəq. + 10 SMS - 5 AZN

Həftəlik Rouminqdə hamısı daxil - 500 MB + 50 dəq. + 50 SMS - 20 AZN

Aylıq Rouminqdə hamısı daxil - 1000 MB + 100 dəq. + 100 SMS - 30 AZN

Qeyd edə ki, Rouminqdə hamısı daxil paketləri 19 ölkədə təqdim olunmaqla, abunəçilərə öz yaxınları ilə tətil və səyahət həyəcanı və təəssüratları bölüşməyə imkan verir.

Yeni Rouminq paketləri vasitəsilə Bakcell abunəçiləri səyahət zamanı heç bir məhdudiyyət və məsafə hiss etməyəcəklər. Şirkət müasir rabitə xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını qarşılamaq məqsədilə innovativ həllər təklif etməyə davam edəcək. Bakcell-in təklif etdiyi rouminq xidmətləri barədə daha ətraflı məlumat www.bakcell.com səhifəsində təqdim olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

Bakcell-dən yeni fakturalı tariflər

25-07-2017

Səyahət üçün sərfəli rouminq fürsətləri

20-07-2023

Bakcell internetdən limitsiz istifadə imkanı yaradır

14-06-2018

Azercell yeni rouminq paketlərini istifadəyə verir

12-01-2026

Bakcell 7 qlobal şirkətlə əməkdaşlığa başlayıb

27-01-2017

“Bakcell”in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet

14-12-2020

Dünyanı Azercell ilə səyahət et!

04-06-2019

Bakcell limitsiz internet paketlərini təqdim edib

14-10-2016

Bakcell abunəçiləri üçün İnstagram-dan pulsuz istifadə imkanı

13-05-2016

Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol!

21-06-2022

Bakcell Gold abunəçilər üçün rominq kampaniyasını təqdim edir

14-07-2015

Bakcell abunəçiləri Instagram-dan pulsuz istifadə edəcək

03-03-2017

Bakcell-dən daha bir yenilik

26-04-2017

Bakcell-in yeni CİN tarifləri

07-05-2018

“Nar”dan sərfəli rouminq - Pulsuz WhatsApp yazışma

15-08-2023

Bakcell Klass M tarifində yenilik edib

25-07-2016

Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

26-12-2023

Bakcell-dən abunəçilərə Novruz hədiyyəsi

28-02-2018

Nar-dan Yeni il səfərləri üçün sərfəli rominq paketləri

25-12-2019

Bakcell-dən universitet tələbələri üçün maraqlı aksiya

01-12-2018

Bakcelldən maraqlı aksiya və onlayn müsabiqə

26-09-2018

Evdə qal, “Nar”ın sərfəli internet paketlərindən yararlan

14-04-2020

Bakcell-dən endirim kampaniyası

19-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə