Bakıda informasiya təhlükəsizliyi üzrə beynəlxalq konfrans keçiriləcək

01-05-2017 / 14:54

Noyabrın 6-9 tarixlərində Bakı şəhərində “Uncovering Future Threats” mövzulu OİC-CERT-in illik konfransı baş tutacaq.

Xeberler.az-ın məlumatına görə,  konfransın əsas təşkilatçılığını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi öz üzərinə götürəcək.

“OIC-CERT” İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün “Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri”ni özündə birləşdirən təşkilatdır. XRİTDA-nın Kompüter İnsidentlərinə qarşı Mübarizə şöbəsi 2013-cü ildən bu təşkilatın tamhüquqlu üzvü, 2016-cı ildən isə İdarə Heyətinin üzvüdür.

Hər il növbəli olaraq üzv ölkələrin təklifləri əsasında bu təşkilatın illik yekun hesabatı və informasiya təhlükəsizliyi üzrə konfransı keçirilir.

Bakıda  “OİC-CERT” İdarə Heyətinin üzbə-üz görüşü baş tutub və iclasda təşkilatın 9-cu beynəlxalq illik konfransının keçirilməsi ilə əlaqədar üzv dövlətlərin təklifləri dəyərləndirilib. İdarə Heyəti səs çoxluğu ilə növbəti 9-cu beynəlxalq illik konfransın Bakı şəhərində keçirilməsi ilə əlaqədar qərar qəbul edib.

Konfransın yeri, proqramı və spikerləri barədə yaxın zamanda məlumat  təqdim olunacaq.

Xeberler.az

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.