Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndələri “Kibertəhlükəsizlik həftəsi”ndə iştirak edib

17-10-2023 / 16:12

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndə heyəti Əbu-Dabidə keçirilən “Kibertəhlükəsizlik həftəsi 2023” çərçivəsində bir sıra tədbirlərə qatılıb.

Mərkəzdən bildirilib ki, öncə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Direktorlar Şurasının qapalı formatda növbəti iclası keçirilib, 2023-cü ilin fəaliyyət planı üzrə görülmüş işlər və gündəlikdə olan məsələlər müzakirə olunub. Hər il OIC-CERT təşkilatına üzv ölkələrdən birinin ev sahibliyi etdiyi illik iclasın təşkilatçılığını bu il “Kibertəhlükəsizlik həftəsi 2023” çərçivəsində keçirilən digər tədbirlərlə bərabər Birləşmiş Ərəb Əmirliklərinin Kiber Təhlükəsizlik Konsulluğu (CSC) öz üzərinə götürüb.

11-ci Regional Ərəb, OIC-CERT və CIS Cyber Drill yarışlarında Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin mütəxəssisləri aktiv iştirak etməklə müxtəlif ssenarilər əsasında hazırlanmış kiberinsidentlərin analizini həyata keçiriblər.

Həmçinin 11-ci Regional Kibertəhlükəsizlik sammiti, 15-ci OIC-CERT illik konfransı və Region dövlətləri üçün FIRST simpoziumu təşkil olunub, eləcə də OIC-CERT tərəfindən “Kibertəhlükəsizlik mükafatı 2023” qalibi elan olunub.

Ümumilikdə BƏƏ-nin Kibertəhlükəsizlik Konsulluğu (CSC) və Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) təşkilatçılığı ilə keçirilmiş sözügedən tədbirlərdə 70 ölkədən nümayəndələr iştirak edib və tədbir zamanı “Ginnesin Rekordlar kitabı”nın 5 nominasiyası üzrə yeni nəticələrin əldə olunduğu rəsmi şəkildə elan olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə